RƏSMİ MOSKVADAN QARABAĞLA BAĞLI NÖVBƏTİ AÇIQLAMA: “Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasındakı vəziyyət..."

img

21-10-2021 [17:54]


“Rusiya Qarabağda atəşkəsin pozulmaması üçün hər şeyi edir”.

"RİA Novosti” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

Onun sözlərinə görə, Qarabağdakı vəziyyət Rusiya sülhməramlı kontingenti, Ermənistan və Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyi səviyyəsində müntəzəm təmasların mövzusudur: “Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasındakı vəziyyət, o cümlədən son hadisələr Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin oktyabrın 14-də Minskdə MDB Xarici İşlər Nazirləri Şurası çərçivəsində üçtərəfli görüşü zamanı müzakirə edilib”/Report.

Zaxarova deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğanın irəli sürdükləri "3+3" formatına dair təşəbbüs Rusiya tərəfindən dəstəklənir: “Biz çoxtərəfli regional əməkdaşlığın inkişafında bu formatın ehtimal olunan bütün iştirakçılarının birmənalı olaraq maraqlı olduğunu əsas götürürük. Bu mexanizmin tətbiqi dövlətlər arasında etimadın artmasına, ziddiyyətlərin həllinə dəstəkdir”, – Zaxarova qeyd edib.

XİN rəsmisi bütün tərəflərin mənafeyini nəzərə almaqla həmin mexanizmin tezliklə tətbiqinə tərəfdar olduqlarını vurğulayıb.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR