AZƏRBAYCANDA İŞIQ VƏ QAZIN QİYMƏTİ BAHALAŞDI - Tarif Şurasından yeni qərar + CƏDVƏLLƏR
16-10-2021 [14:33]
Bu gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda təbii qazın və elektrik enerjisi tariflərinə baxılmış, müvafiq qərarlar qəbul edilib.
Mia.az xəbər verir ki, bu barədə Tarif Şurası məlumat yayıb.
Bildirilib ki, Tarif (qiymət) Şurasının iclasında dünya bazarında təbii qazın bahalaşması, ölkəmizin enerji dayanıqlığı məqsədilə bu sahəyə investisiya qoyuluşunın təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi, dövlət büdcəsindən asılılığın aradan qaldırılması, eləcə də istehlak edilən təbii qazın istehsal və təchizat xərclərinin ödənilməsi kimi məsələlər müzakirə edilib.
Aparılan müzakirələrdə ölkəmizdə iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinin əsas strateji hədəf kimi müəyyən edilməsi, enerji təhlükəsizliyinin təmin olunması, iqtisadiyyatın dinamik və intensiv inkişafına əlverişli şəraitin yaradılması, resurslardan məqsədyönlü və səmərəli istifadə edilməsi, istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması, bu sahədə mərhələli şəkildə bazar münasibətlərinin formalaşdırılması və dövlət büdcəsindən ayrılan subsidiyaların aradan qaldırılması kimi amillər nəzərə alınmaqla müxtəlif tarif artımı variantları dəyərləndirilmişdir. Təhlillər göstəririr ki, təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci satış qiymətlərini üstələyir. Bu isə, sahənin dövlət tərəfindən subsidiyalaşdırılmasına və dövlət büdcəsindən asılılığın artmasına səbəb olur.
İclasda tarif artımı variantları nəzərdən keçirilərkən, aztəminatlı əhali təbəqəsi üçün kommunal tariflərin dəyişdirilməsinin onların gəlirlərinin artırılması istiqamətində atılan addımlarla uzlaşdırılmasının önəmi vurğulanmışdır.
Tarif (qiymət) Şurası üzvlərinin yekdil qərarı ilə təbii qazdan istifadə tarifləri aşağıdakı kimi təsdiq edilib.
№ |
Göstəricilər |
Mövcud tarif |
Yeni tarif |
Tariflər (manat/1000 m3, ƏDV ilə) |
|||
1. |
“Azneft” İB-dən alınan |
75 |
90 |
2. |
Topdansatış (“Azəriqaz” İB, “Naxçıvanqaz” İB) |
110 |
118 |
3. |
Əhali |
|
|
3.1. |
1200 m3-dək (1200 m3 daxil olmaqla) |
100 |
120 |
3.2. |
1200 m3-2500 m3 |
200 |
200 |
3.3. |
2500 m3-dən çox |
250 |
250 |
4. |
Qeyri-əhali |
|
|
4.1. |
Sənaye və kənd təsərrüfatı |
200 |
220 |
4.2. |
“Azəristiliktəchizat” ASC, məhəllə qazanxanaları və CNG tipli qazdoldurma məntəqələrinə |
130 |
165 |
4.3. |
Digər |
250 |
250 |
4.4. |
Metanol və karbamid zavodları |
200 |
200 |
5. |
“Azərenerji” ASC |
130 |
165 |
6. |
Təbii qazın emalı |
5,5 |
5,5 |
7. |
Təbii qazın nəqli |
5,3 |
5,3 |
8. |
Təbii qazın yeraltı qaz anbarlarına vurulması və götürülməsi |
8,25 |
8,25 |
İclasda həmçinin, ölkəmizdə iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması istiqamətində dövlət tənzimləməsinin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin əlverişliliyinin daha da artırılması məqsədilə ixrac olunan elektrik enerjisinin, enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə verilən elektrik enerjisinin istehsalı məqsədləri üçün istehsalçı tərəfindən təbii qazın müqavilə qiyməti ilə alınması məqsədəuyğun hesab olunmuş, bu barədə müvafiq qərar qəbul edilmişdir.
Əhali istehlak qrupu üzrə sonuncu tarif dəyişikliyi 2021-ci ilin iyul ayında aparılmış və tarif tənzimlənməsi zamanı istehlak limitinin aşağı həddi üzrə (1200 m3) tariflərə dəyişiklik olunmamışdır.
Təbii qaz qiymətlərinin sürətli artımı dünyada, o cümlədən Avropada elektrik enerjisi qiymətlərinin kəskin qalxmasına təkan vermişdir. 2021-ci ilin əvvəlindən etibarən sənaye və iaşə müəssisələrinin fəaliyyətini bərpa etməsi, qlobal iqtisadi aktivliyin gözləniləndən daha sürətli canlanması elektrik enerjisinə tələbatı da kəskin artırmışdır. Qiymətlərin artıma doğru istiqamətlənməsi nəticəsində bir çox ölkələrdə təbii qazdan və elektrik enerjisindən istifadə edən sahələr üçün tariflər dəyişmiş, istehlakçı kateqoriyaları üçün kommunal xərclər artmışdır.
Qeyd olunmalıdır ki, ölkədə əsas enerji istehsalçısı olan “Azərenerji” ASC elektrik enerjisinin 96%-ni təbii qaz hesabına istehsal edir. Azərbaycanın istilik elektrik stansiyalarında elektrik enerjisi istehsalı üçün istifadə olunan xammalın da 50%-dən çox hissəsini təbii qaz təşkil edir. Bu baxımdan təbii qazın tarif dəyişikliyi elektrik enerjisinin qiymət artımını şərtləndiirir.
Elektrik enerjisi üzrə mövcud tariflər 01.12.2016-cı il tarixindən tətbiq olunur. Sektorda aparılan infrastruktur işlərinin genişləndirilməsi, əhalinin və digər abonentlərin keyfiyyətli, fasiləsiz enerji ilə təmin edilməsi, habelə enerjinin istehsalı üçün istifadə edilən təbii qazın qiymətində dəyişikliklər nəticəsində yaranan əlavə xərcləri qarşılamaq üçün elektrik enerjisinin tarif tənzimlənməsi zərurəti yaranmışdır.
İclasda Tarif (qiymət) Şurası üzvlərinin yekdil qərarı ilə elektrik enerjisindən istifadə tarifləri aşağıdakı kimi təsdiq edilmişdir:
№ |
Göstəricilər |
Mövcud tarif |
Yeni tarif |
Tariflər (qəpik/kVts, ƏDV ilə) |
|||
1. |
“Azərenerji” ASC üzrə topdansatış tarifi |
5,7 |
6,6 |
2. |
Alüminium sənayesi üzrə gecə-gündüz tarifi |
2,8-5,8 |
3,1-6,4 |
3. |
Kimya sənayesi |
4,55 |
Digər istehlakçı qrupuna aid edilir |
4. |
Əhali |
|
|
4.1. |
300 kVts-dək |
7 |
- |
4.2. |
300kVts-dan çox |
11 |
- |
4.3. |
200 kVts-dək (200 kVts daxil olmaqla) |
- |
8 |
4.4. |
200 kVts-dan - 300 kVts-dək (300 kVts daxil olmaqla) |
- |
9 |
4.5. |
300 kVts-dan çox |
- |
13 |
5. |
Qeyri-əhali |
|
|
5.1. |
Ticarət və xidmət |
9 |
11 |
5.2. |
Digər |
9 |
10 |
Ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə əhali üzrə diferensiallaşdırılmış tariflərin sayı 2-dən 3-ə artırılmışdır.
İclasda həmçinin, kimya sənayesi qeyri-əhali istehlakçı qrupuna aid edilmiş, enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə elektrik enerjisinin müqavilə qiyməti ilə verilməsi məqsədəuyğun hesab olunmuşdur.
Tarif dəyişikliyi nəticəsində qaz və elektrik enerjisi istehsalı və təchizatı ilə məşğul olan təsərrüfat subyektlərinin dövlət büdcəsindən asılılığı tədricən azalacaq, büdcədə sərbəstləşən vəsait sosialyönümlü tədbirlərə yönəldiləcəkdir.
Qərarlar 1 noyabr 2021-ci il tarixindən qüvvəyə minir.
Tarif tənzimlənməsindən sui-istifadəyə yol verilməməsi üçün ciddi nəzarət tədbirləri həyata keçiriləcəkdir.
Beləliklə, cədvəllərdən aydın olur ki, dəyişikliyə əsasən, əhali kateqoriyası üzrə mövcud olan tarif differensasiyası (300 kVts-dək və 300 kVts-dan çox) dəyişdirilərək yeni diferensasiya tətbiq edilir. Əhali üzrə tariflər istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilir.
Hazırda əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissə üzrə 7 qəpik, 300-dən yuxarı hissə üzrə isə 11 qəpik təşkil edir. Yeni diferensiasiya sosial cəhətdən aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini qoruyub saxlamış olur; Yeni tariflərin 4 nəfərdən ibarət bir ailənin elektrik enerjisi ödəmələri üzrə aylıq istehlak səbətinə təsiri 2,05 manat həddində proqnozlaşdırılır.
Qazla bağlı isə əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.
İstehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kub metr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1.000 kub metr qaz istehlakı deməkdir. Yeni tariflərin istehlak edilən qaz üzrə ödəmələrində 4 nəfərdən ibarət bir ailənin aylıq istehlak səbətinə birbaşa təsiri 1,72 manat həddində olacaq.
MİA.AZ
"Hakimlər haqqında" qanuna dəyişikliklər qəbul olunub
Almaniya XİN: "Türkiyə Rusiya ilə Ukrayna müharibəsinin həllində əsas rol oynaya bilər"
Bakıda iki nəfər güllələlənib - Açıqlama (Yenilənib)
Daha iki universitet Trampın şərtlərini rədd etdi
Əfqanıstan hökuməti: "Pakistanın Spin Boldak bölgəsinə hücumu..."
Deputat Milli Məclisdə: "Ramiz Mehdiyev və onun silahdaşları qanun qarşısında cavab verəcək"
BU QHT RƏHBƏRLƏRİNƏ CİNAYƏT İŞİ AÇILDI - Prokurorluq siyahı yaydı
Tural Sadıqlı, Elşad Məmmədov, Qurban Məmmədov və Süleyman Süleymanlı... - Onların Bakıda məhkəməsi başlayıb
Parlament Prezident və Birinci xanıma təbrik məktubu ünvanlayıb
SOCAR-da daha bir təyinat - Rövşən Nəcəf onu direktor təyin etdi
Üç tanınmış hakim təqaüdə göndərilir - FOTO
Masson, sabiq rektor, professor və ya "Qalatasaray"ın sabiq sözçüsü - "Can Holdinq" iş üzrə daha 26 nəfər həbs olunub
Filippində güclü zəlzələ oldu - 6,1 bal gücündə
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından çıxarılır - Mədət Quliyev "Zamanla hər şey həllini tapacaq” deyir
Oyunun biletləri pulsuz olacaq - Klub qərar verdi
"Eşqi Bağırov Agentliyə buraxılmır, onun "qələmi" qırılıb" - "Emin Əmrullayev bu "metod"u vaxtilə Məhəbbət Vəliyevaya da tətbiq etmişdi"
Xətai rayonunda binaları qurd basıb - VİDEO
Füzuli Şəhəri Günü münasibətilə atəşfəşanlıq olacaq
KÜRD SİLAHLILARI SURİYA HÖKUMƏTİ İLƏ ANLAŞDI: "Ordu və polis sistemində vəzifələrə gətiriləcəyik"
Nazir Təhsilin İnkişafı Fonduna elə adamı rəhbər təyin etdi ki... - ETN-də növbəti dəyişiklik
TRAMPDAN HƏMAS-a TƏHDİD: "Sizi öldürərik, bir sözümlə İsrail..."
Prezident İlham Əliyev bu videonu paylaşdı - VİDEO
Bu gün Füzulinin işğaldan azad olunmasından beş il ötür
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrail Livanı bombalayıb
Avropa Məhkəməsindən hava yolları ilə bağlı mühim qərar - Ev heyvanları "Baqaj yükü” sayılacaq
Milyarder Fərhad Əhmədov Bakıda məhkəmə qarşısına çıxdı: "Keçmiş həyat yoldaşımın əsassız iddiası ilə..."
TRAMPLA PUTİN TELEFONDA MÜZAKİRƏ APARDI: nələr razılaşdırıldı? - "Bu, utancverici..."
Sergen Yalçın start 11-i müəyyənləşdirib - SİYAHI
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan.. - Ermənilər Bakıda hakim qarşısında
Tovuzda 32 yaşlı ər arvadını öldürüb (Yenilənib)
Pedaqoji Universitetdə açılış olub - FOTOLAR
PUTİN RAMİZ MEHDİYEVİN PLANINI AZƏRBAYCANA VERİB? - Nələr olacaqmış? (Sensasiyalı iddialar)
Məhkəmə hakiminin fəaliyyətinə xitam verildi - MHŞ-dən qərar
Müdafiə Nazirliyi paradla bağlı məlumat yaydı
Mərkəzi Hərbi Sanatoriyanın rəisi saxlanılıb
Naxçıvanda 19 min hektardan artıq sahədə taxıl əkiləcək
Rusiya Ukrayna ordusunun təlim bölməsinə raket zərbəsi endirib, ölən və yaralananlar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı