Nazirlik: “Azərbaycanda yeni doğulan körpələr arasında koronavirusa yoluxma halları var"

img

15-10-2021 [15:20]


“Azərbaycanda yenidoğulmuşlar arasında koronavirusa yoluxma halları qeydə alınıb”. 

Bunu Səhiyyə Nazirliyinin pediatriya sahəsi üzrə mütəxəssis-eksperti Erkin Rahimov deyib. 

O bildirib ki, hər yaş qrupunda COVID-19-a yoluxma olur: “Onlar arasında virusu ağır keçirənlər də var. Yaxşı tərəfi odur ki, onlar böyüklərə nisbətən xəstəliyi yüngül keçirirlər”/Report.

E.Rəhimov bildirib ki, koronavirusa yoluxan və tənəffüs çatışmazlığı problemi olan körpələr xəstəliyi daha ağır keçirirlər: “Hətta bəzən həmin körpələr süni tənəffüs aparatına qoşulur. Virusdan sağalandan 2-6 həftə sonra bəzi körpələrdə ağır iltihabi proses başlaylr. Bu da ürək, böyrək, ağciyərlərə mənfi təsir edir və virusun fəsadı sayılır”.

Mütəxəssis bildirib ki, heç bir peyvənd Ümumdünya Səhiyyə Təşkilatının icazəsi alınmadan vurula bilməz:

"Peyvəndi istehsal etmək və satışı üçün prosedur qaydaları var. Odur ki, peyvənd vurdurulmasından ehtiyat etmək lazım deyil”.

Onun sözlərinə görə, körpələrə peyvəndlər mütləq vurulmalıdır: “Azərbaycanda peyvənd vurdurmayan ailələr var. Bəzən şayilər səsləndirilir. Valideynlərə səslənirəm ki, bu kimi yalan sözlərə inanmayın”.

Nazirlik rəsmisi əlavə edib ki, ən çox ağırlaşma və ölüm halları məhz yenidoğulma dövründə qeydə alınır”.

O qeyd edib ki, həmin müddət körpələrdə daha çox tənəffüs və ürək problemləri müşahidə olunur: “Bir körpə nəfəsalmada çətinlik yaşayırsa, bu, tənəffüs probleminin əlaməti ola bilər. Yenidoğulma zamanı sarılıq problemləri də müşahidə olunur. Qıcolma, göyərmə və sidiyə çıxmaması təhlükə mənbəyidir”.

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR