Saakaşvilinin xanımı: “Onun atacağı addımlardan əvvəlcədən xəbərdar idik” - VİDEO

img

15-10-2021 [14:00]


Mixail Saakaşvilinin azadlığı üçün keçirilən mitinqdə iştirak edən ukraynalı həyat yoldaşı Yelizaveta Yasko Baku TV-yə müsahibə verərək Mixail Saakaşvilinin atacağı addımlardan əvvəlcədən xəbərdar olduğunu deyib.

Mixail Saakaşvilinin səhhətinin yaxşı olmadığını deyən Yelizaveta Yasko Gürcüstanın sabiq prezidenti üçün sadəcə sayılı günlərin qaldığını vurğulayıb.

Yasko həmçinin uzun illərdir ki, Gürcüstanda bu qədər genişmiqyaslı aksiyanın keçirilmədiyini bildirib. O, Ukrayna dövlətinin də Saakaşvilinin azadlığa buraxılması üçün çalışdığını deyib.

Məlumat üçün onu da bildirək ki, mitinqlə bağlı şəhərin Respublika Meydanından Azadlıq Meydanına qədər olan mərkəzi avtomobil yolu, eləcə də Azadlıq Meydanına çıxan bütün küçələrdə və Rustaveli prospektində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb. Meydan ətrafına əlavə polis qüvvələri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR