İsveçdə güllələnən azərbaycanlı kimdir? - FOTO

img

15-10-2021 [12:30]


İsveçin paytaxtı Stokholmda güllələnərək öldürülən azərbaycanlının kimliyi məlum olub.

İsveç Azərbaycanlılar Konqresindən verilən məlumata görə, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşı, 1977-ci il təvəllüdlü Mahmudov Ramil Məhəmmədəli oğludur.

O, İsveçin Yarfema qəsəbəsində yaşayıb və transport şirkətində çalışıb. Məlumata görə, R.Mahmudov bir neçə dəfə soyadını dəyişdirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, yerli mətbuatın yazdığına görə, Stokholmda naməlum silahlılar milliyətcə azərbaycanlı olan bir nəfəri güllələyərək öldürüblər/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR