Tovuzda şəhidlər haqda xoşagəlməz ifadə işlədən şəxsi döyülməsi... - DİN-dən açıqlama

img

15-10-2021 [12:06]


"Sosial şəbəkələrdə Tovuz rayonunda şəhidlərlə bağlı xoşagəlməz ifadələr işlədən şəxsin bir qrup tərəfindən üzr diləməsini əks etdirən videogörüntülər Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb".

Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, bununla bağlı rayon polis şöbəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, həmin şəxslər müəyyən olunaraq istintaqa cəlb edilib: "Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR