“Təzə gələn məmur niyə hamıdan ərizələrini almağa başlayır?" - Deputat

img

15-10-2021 [11:27]


“Azərbaycanın bu günlərdə Qarabağda müəyyən proseslərlə qarşılaşması gözlənilən idi. Bir öldürülən əsgərimizə, 10-20 erməni əsgərinin məhv edilməsi ilə cavab verilməlidir”.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, elm sahəsində plagiat baş alıb gedir: “Bu sahədə ciddi işlər görülməlidir”.

Deputat son vaxtlar məmurlardan çoxlu şikayət aldığını bildirib: “Təzə gələn məmur hamıdan ərizələrini almağa başlayır. Kütləvi şəkildə öz adamlarımı yerləşdirim deyə savadlı kadrları işdən çıxarmaq yalnız Azərbaycanda var. Bunu aradan qaldırmaq lazımdır”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR