"VƏZİYYƏT HƏR AN MÜHARİBƏYƏ ÇEVRİLƏ BİLƏR" - Yunan nazir Bilnkenlə görüşdə Türkiyəni hədələdi, "savaşa hazırıq" dedi (FOTOLAR)

img

14-10-2021 [23:27]


Şərqi Aralıq dənizində Türkiyənin qərarlı müqaviməti ilə qarşılaşan Yunanıstan xaricdən güclü hərbi və siyası dəstək almaqda davam edir

Mia.az xəbər verir ki, iki həftə əvvəl Fransayla hərbi dəstək sazişi imzalayan rəsmi Afina bu gün də ABŞ-la oxşar müqaviləyə imza atıb.

Bu gün Yunanıstanın xarici işlər naziri Nikos Dendias ABŞ dövlət katibi ABŞ dövlət katibi Entoni Blinken  görüşərək, son nəsil qırıcıların alınması və digər hərbi dəstəyi özündə etiva edən yeni sazişi rəsmiləşdiriblər.

ABŞ-la son hərbi təlimlər zamanı bölgədəki müəyyən nöqtələrdə hərbi bazaların qurulmasını müsbət cavab verən Yunanıstan xarici işlər naziri iki ölkə arasındakı razılaşmaları təsdiqlədikdən sonra elə ABŞ Dövlət katibinin əyləşdiyi masada gözlənilməz bəyanat verib.

O, ABŞ və Yunanıstan arasındakı əməkdaşlığı yüksək qiymətləndirərək, Türkiyəyə açıq savaş xəbərdarlığı edib.

Dendias "Suverenliyimiz təhlükə altındadır. Vəziyyət hər an müharibəyə çevrilə, hər an savaş başlaya bilər. Biz hər bir ehtimala tam hazırıq", - deyərək, ölkəsinin bölgədəki "əhəmiyyətli rolu"ndan söz açıb:

"Miqrant böhranı və Şərqi Aralıq dənizindəki gərginlikdən sonra ölkəmizin əhəmiyyəti daha da artıb. Siz də (Blinkenə xitabən - Mİa.az) bunu xüsusi vurğuladınız. ABŞ və Yunanıstanın qərarlı olduğunu söylədiniz. Burada sülh üçün təhlükəli hərəkətlər var və qorunmaq, digər ölkələrin suverenliyinin təhdidinə qarşı hazır olmalıyıq.

Bilirsiniz, Şərqi Aralıq dənizində Yunanıstan müharibə ilə üz -üzədir. Müharibə təhlükəsi var. Deməliyəm ki, hər gün təxribata məruz qalırıq".

Nazir sonda sərt ifadələrini bir qədər yumşaldaraq, Türkiyə ilə problemləri diplomatik yolla həllinə çalışdıqlarını iddia edib: "Yunanıstan problemləri diplomatiya yolu ilə həll etməkdə qərarlıdır. Biz beynəlxalq hüquqa riayət etməkdə də qərarlıyıq".

Mia.az

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR