Mərkəzi Nəbatat Bağında iki qanunsuz ev inşa edilib

img

14-10-2021 [17:44]


AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin göstərişi ilə Rəyasət Heyəti Aparatının Daxili nəzarət və audit şöbəsinin Mərkəzi Nəbatat Bağında apardığı yoxlamalar nəticəsində müəssisədə bir sıra qanunsuzluqlar aşkarlanıb.

Bu fikirləri Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev deyib.

Onun sözlərinə görə, keçmiş rəhbərlik tərəfindən yeni ağacların əkilməsi üçün heç bir təşəbbüs göstərilməyib, aqrotexniki qulluq olunmayıb, suvarma sisteminin düzgün təşkil edilməməsi səbəbindən əksər ağaclarda quruma prosesi sürətlənib.

Nəbatat Bağının inkişafı və quruculuq işləri üçün dövlət büdcəsindən ayrılmış vəsait mənimsənilib. Eləcə də Bağın imkanlarından şəxsi maraqlar üçün istifadə olunub, bu quruma məxsus ərazidə iki qanunsuz ev inşa edilib. Hazırda bu tikililərin hüquqi yollarla sökülməsi üçün müraciət olunub.

N.Allahverdiyev qeyd edib ki, Daxili nəzarət və audit şöbəsinin yoxlama işləri nəticəsində ortaya çıxan qüsur, qanunsuzluq və mənimsəmələr tərtib olunmuş arayışda qeyd olunub. Onun sözlərinə görə, şöbə tərəfindən həyata keçirilmiş yoxlamaların əks olunduğu, sabiq direktor tərəfindən də imzalanmış arayış zərurət yarandıqda ictimailəşdirilə bilər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR