Aktrisa: "Bu, yalnız Türkiyəyə ərə getmək mövzusu deyil" - "Bir çox qızlarımız özlərini oda atırlar"

img

14-10-2021 [17:33]


Türkiyədə yaşayan azərbaycanlı aktrisa Cəmilə Tağızadə Moderator.az vasitəsi ilə xarici vətəndaşlarla ailə qurmağa çalışan qızlarımıza çağırış edib:

"Bizdə elə düşünürlər ki, əgər Azərbaycandan getdinsə, sənin bütün problemlərin həll olunur. Bu, yalnız Türkiyəyə ərə getmək mövzusu deyil. Filankəsin oğlu Rusiyada yaşayırsa, demək, o, milyonlarla pul qazanır. Ay qardaş, niyə axı? Moskvada birdən-birə qızıl mədəninə düşür? Yoxsa orada neft quyusu tapıb milyoner olub? Sevib ailə həyatı qurursunuzsa, o başqa məsələ. Sevdiyinlə dünyanın axırında da yaşamaq olar. Sevmirsinizsə, düşünürsünüz ki, xaricdə sizi daha lüks həyat gözləyir, bu, yanlış fikirdir. Belə düşünərək bir çox qızlarımız özlərini oda atırlar. Nə qədər bu xülya ilə xarici vətəndaşlarla ailə qurub ayrılanlar, pis vəziyyətdə yaşayanlar var.

Mənim "instagram"ıma yazırdılar ki, "Məni Türkiyənin filan kəndindən istəyirlər, gedim, yoxsa yox". Onlara deyirdim ki, qızım, kəndə gedəcəksənsə, Azərbaycanın kəndindəki oğlana da gedə bilərsən. Türkiyənin kəndi deyəndə Avropa kəndləri ağlına gəlməsin. Türkiyənin kəndləri bizim kəndlərimizdən də betər gündədir, yaşayışları pis vəziyyətdədir. İstəməzdim ki, bizim qızlarımız gedib orada bədbəxt olsunlar. Buradan qızlarımıza səslənirəm - "Tələm-tələsik ailə həyatı qurmayın, insanı tanıyın".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR