Beyrutda aksiyada qan töküldü: 6 nəfər ölüb, 60 nəfər yaralanıb

img

14-10-2021 [17:20]


Livanın paytaxtı Beyrutda atışma dayanıb.

OTV kanalının verdiyi xəbərə görə, intensiv atışmanın olduğu Əl-Tayyuni rayonunda sabitlik bərpa olunub.

Hərbi tribunal Beyrutun qərbində baş verən silahlı qarşıdurmanı araşdırmaq üçün ordunun kəşfiyyatı xidmətini təlimatlandırıb.

Livan Daxili İşlər Nazirliyi silahlı atışma nəticəsində 6 nəfərin öldüyünü, 60-dan çox adamın yaralandığını təsdiqləyib. Ordu şəhərə zirehli maşınlar gətirib və silahlı şəxslərə qarşı atəş açılacağı barədə xəbərdarlıq yayıb.

Bildirilir ki, intensiv silahlı qarşıdurmanın yaşandığı Əl-Tayyuni rayonundan bir neçə ailə təxliyə olunub/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq