PAY TORPAQLARI VƏ DAŞINMAZ ƏMLAKLA BAĞLI YENİ QANUN... - Dəyişiklik qəbul olundu (YENİLƏNİB)

img

15-10-2021 [13:12]


Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Mia.az xəbər verir ki, dəyişikliklə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun qüvvəyə minənədək verilmiş daşınmaz əmlak hüquqları üzərində təsdiq edən aktlara malik olan şəxslərin daşınmaz əmlaka dair texniki sənədlərindən dövlət rüsumu tutulmayacaq.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi I oxunuşda qəbul edilib

***

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə 1996-cı ildən aparılan torpaq islahatı dövründə pay torpağı almış, lakin hüquq müəyyənedici sənədlərlə təmin edilməyən vətəndaşların mülkiyyət hüquqlarının təsdiq edilməsi dövlət rüsumundan azad edilir.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib..

***

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.

Mia.az xəbər verir ki, dəyişikliklə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanun qüvvəyə minənədək verilmiş daşınmaz əmlak hüquqları üzərində təsdiq edən aktlara malik olan şəxslərin daşınmaz əmlaka dair texniki sənədlərindən dövlət rüsumu tutulmayacaq.

Bundan başqa, 1996-cı ildən aparılan torpaq islahatı dövründə pay torpağı almış, lakin hüquq müəyyənedici sənədlərlə təmin edilməyən torpaq sahiblərinin torpaq üzərində hüquqlarının təsdiqi zamanı dövlət rüsumundan azad edilir.

Layihə parlamentin oktyabrın 15-də keçiriləcək plenar iclasında birinci oxunuşda müzakirə olunacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR