Prezident İlham Əliyev Tayhu Dünya Mədəniyyət Forumunun 6-cı illik konfransının iştirakçılarına müraciət edib
12-10-2021 [16:40]
Çinin Benbu şəhərində Tayhu Dünya Mədəniyyət Forumunun 6-cı illik konfransı başlayıb.
Mia.az xəbər verir ki, Çində mədəniyyət sahəsində ən böyük tədbir olmaqla yanaşı, dünyada da bu istiqamətdə nüfuzlu müzakirə platformalarından olan Tayhu Forumunun builki devizi “Sivilizasiyaların qarşılıqlı öyrənilməsi: bəşəriyyət üçün birgə gələcəyin qurulması”dır. Forumun tarixində ilk dəfədir bir dövlət “Fəxri qonaq ölkə” statusunda iştirak edir.
Son illər dünyada nüfuzu sürətlə artan Azərbaycan Tayhu Forumunun ilk “Fəxri qonaq ölkəsi”dir. Bundan başqa, Heydər Əliyev Fondu Forumun təşkilatçıları sırasındadır.
Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov oktyabrın 12-də açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin Tayhu Dünya Mədəniyyət Forumunun 6-cı illik konfransının iştirakçılarına müraciətini videoformatda çatdırıb. Müraciətdə qeyd olunub ki, Çinin himayəsi ilə keçirilən bu beynəlxalq tədbirin nüfuzu ilbəil artır və Tayhu Forumu dünyanın bir çox ölkəsindən görkəmli siyasətçiləri, alimləri, yaradıcı ziyalıları yenə də bir araya toplamaqla mədəniyyətlərarası dialoqa öz əhəmiyyətli töhfəsini verir. “Çin Xalq Respublikasının sədri cənab Si Cinpinin “Sivilizasiyalararası dialoq: bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin birgə qurulması” təşəbbüsünə həsr edilmiş builki foruma Azərbaycanın fəxri qonaq statusunda dəvət edilməsi, eləcə də Heydər Əliyev Fondunun tədbirin əsas həmtəşkilatçılarından biri kimi çıxış etməsi məmnunluq doğurur.
“Dünyanın indiki həssas və təlatümlü dövründə “Sivilizasiyalararası dialoq: bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin birgə qurulması” mövzusunun müzakirəsinə ciddi ehtiyac vardır. Xüsusilə, dünyanı cənginə almış COVID-19 pandemiyasının yaratdığı mürəkkəb vəziyyət və bəşəriyyətin qarşılaşdığı çağırışlar sivilizasiyalararası dialoqun və qarşılıqlı dəstəyin nə qədər vacib olduğunu bir daha təsdiqləyir.
Azərbaycanda dövlət siyasətinin əsas prioritetlərindən biri də multikulturalizmdir. Multikulturalizm xalqımızın həyat və yaşam tərzini özündə əks etdirən mühüm dəyərlərdəndir. Məhz bu səbəbdən müxtəlif mədəniyyətlərin nümayəndələrinin bir araya gəlməsini və qlobal problemlərin həlli istiqamətində müzakirələri vacib sayır və Tayhu Forumunun builki toplantısı çərçivəsində də bu məsələlərin diqqət mərkəzində saxlanılacağına inanırıq”, - deyə Prezident İlham Əliyevin müraciətində bildirilib.
Forumun müxtəlif bölmə iclaslarında mədəni müxtəlifliyin təşviqi, “Bir kəmər, bir yol” sivilizasiyanın keçmişi və gələcəyi, iqlim dəyişikliyinə qarşı birgə mübarizə, yoxsulluğun azaldılması, bəşəriyyət üçün birgə gələcəyin qurulmasında elm və texnologiyanın dəstəyi mövzuları müzakirə olunur. Tayhu Dünya Mədəniyyət Forumu Çin hökumətinin dəstəyi ilə 2008-ci ildə yaradılıb. 2011-ci ildən illik iclasları keçirilməyə başlanılıb. Forumda dünyanın bir çox ölkələrindən görkəmli siyasətçilər, ekspertlər, mütəxəssislər, iş adamları iştirak edir.
Qeyd edək ki, budəfəki forum çərçivəsində Tayhu Dünya Mədəniyyət Forumunun mənzil-qərargahının yerləşdiyi “Qədim Məskənlər Parkı”nda Heydər Əliyev Fondu tərəfindən yaradılan “Azərbaycan Mədəniyyətinə Pəncərə” adlı milli pavilyonu fəaliyyətə başlayıb.
Əldə olunmuş razılığa əsasən Azərbaycan pavilyonu uzunmüddətli əsasda fəaliyyət göstərəcək. Çinin ən iri turizm layihələrindən olan “Qədim məskənlər” mədəniyyət parkını hər il ziyarət edəcək milyonlarla qonaq bu pavilyonda Azərbaycanın tarixi, mədəniyyəti, müasir həyatı barədə ətraflı məlumat əldə edə biləcək. Forum iştirakçılarına Azərbaycan pavilyonunun təqdimatı edilib, “Spirit of Azerbaijan” adlı videoçarx nümayiş olunub. Pavilyonun açılışı ilə bağlı rəsmi sənədi Çin Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü Van Çen və Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı imzalayıblar.
“Sivilizasiyalararası dialoq: bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin birgə qurulması” mövzusunda keçirilən plenar sessiyasında isə Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr departamentinin rəhbəri video formatda çıxış edib. Plenar sessiyada, eyni zamanda Anhoy əyalətinin qubernatoru, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi, ÇXR-ın sabiq xarici işlər naziri, Çili və İspaniyanın sabiq dövlət və hökumət başçıları, eləcə də UNESCO-nun sabiq baş direktoru İrina Bokovanın çıxışları olub.
Oktyabrın 13-dək davam edəcək forum çərçivəsində “Dünyada mədəni müxtəlifliyin təbliğ edilməsi və bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin birgə qurulması”, “Elmi-texnoloji tərəqqi bəşəriyyət üçün ortaq gələcəkli cəmiyyətin birgə qurulması üçün yardımçı kimi çıxış edir” və digər mövzularda paralel sessiyalar da keçiriləcək.
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb
Məşhur yazıçının pedofil milyarderə mesajı: "Tanrı uydurmadır, gözəl qızlar gerçəkdir"
Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirə aparılacaq
BAKIYA QAR YAĞACAQ - Sabahın hava proqnozu
İmamoğlunun qaynı saxlanıldı - Narkotik ittihamı ilə
Dövlət Xidmətinin Gəncə ərazi şöbəsinə yeni rəis təyin olunub
Bakıda güclü külək - Ağaclar aşıb
İlham Əliyevlə Paşinyan geniş tərkibdə görüşüblər - BƏƏ-də nələr razılaşdırıldı? + FOTOLAR (YENİLƏNİB)
Rejissor: "Filmdə söyüş söymək ola bilər, amma..."