Astarada qohumlar arasında dava düşüb, onlardan biri bıçaqlanaraq öldürülüb

img

08-10-2021 [13:44]


Astara rayonunda qohumlar arasında dava düşüb.

Hadisə Şəmətük kəndində qeydə alınıb.

Belə ki, ailə münaqişəsi zəminində Ağayeva Gülsevər Hilal qızı həyat yoldaşının əmisi arvadı Ağayeva Mehparə Ağamirzə qızına bıçaq xəsarətləri yetirib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, bir neçə ay əvvəl iki əmioğlu arasında münaqişə ölümlə nəticələnmişdi.

Faktla bağlı araşdırma aparılır./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR