Pay torpaqları üzərində mülkiyyətin rəsmiləşdirilməsi üçün vəsait ayrılıb

img

07-10-2021 [14:15]


Azərbaycanda pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilmə prosesi asanlaşdırılıb.

Mia.az-ın xəbərinə görə, Prezident İlham Əliyev torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb.

Fərmanla aqrar sahədə dövlət dəstəyi tədbirlərinin davamı olaraq pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması, habelə istehsal təyinatlı torpaq mülkiyyətçilərinin (fermerlərin) əkin subsidiyalarından müntəzəm olaraq yararlanması qərara alınıb.

Bununla yanaşı, fərmanda sənədlərin verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə vəsaitin ayrılması tapşırılıb.

Fərmanda deyilir: “Maliyyə Nazirliyi bu Fərmanın 4.1-ci bəndi nəzərə alınmaqla, bu Fərmanın 1.1-ci bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi üçün 3,5 milyon manat məbləğində vəsaiti 2022 – 2024-cü illər üzrə dövlət büdcəsinin layihəsində nəzərdə tutsun”.


Digər xəbərlər
SON XƏBƏRLƏR