Brilliant Dadaşovanın bacısı oğlu 5 il müddətinə azadlıqdan məhrum edilib

img

07-10-2021 [00:21]


Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin satışında ittiham olunan 1973-cü il təvəllüdlü Mahmudov Zaur Arif oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Zaur Mahmudov 5 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında həbs edilib.

Onunla birlikdə saxlanılan və həbsdə olan Habil Əliyev isə 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Zaur Mahmudov Xalq artisti Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın oğludur. L.Dadaşovanın bir oğlu da 2015-ci ildə xəstəlikdən vəfat edib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA