Mixeil Saakaşvili Ukrayna Prezidentinə məktub yazıb

img

05-10-2021 [11:17]


Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvili Ukrayna Prezidenti Volodimir Zelenskiyə məktub yazıb.

O, dövlət başçısına həbsinə göstərdiyi həssas münasibətə görə təşəkkürünü bildirib.

M.Saakaşvili qeyd edib ki, Gürcüstanda həbsi qanunsuzdur və ona qarşı ittihamlar saxtalaşdırılıb: “Gürcüstanımı öz həyatımdan daha çox sevirəm. Mən ikinci vətənim Ukraynanı da çox sevirəm. Bütün həyatım boyu həyata keçirdiyiniz tarixi dəyişikliklər və islahatlara kiçik töhfə vermək imkanına malik olduğuma görə fəxr edəcəyəm”.

Eks-prezident Rusiyanın dövlət başçısı Vladimir Putinin dustağı olduğunu bildirib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR