Qətərdə ilk dəfə qanunverici orqana seçkilər keçirilib

img

03-10-2021 [10:29]


Qətər tarixində ilk dəfə qanunverici orqan olan Məclis Şurasına seçkilər keçirilib.

Bunu seçkinin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında nəzarət komitəsinin rəhbəri Məcid əl-Huleyfi bildirib.

Onun sözlərinə görə, seçici fəallığı 63,5% təşkil edib: “233 namizəd 30 yer uğrunda mübarizə aparıb, 26 qadın namizədin heç biri seçilməyib”.

Qeyd edək ki, ümumilikdə Məclis Şurasında cəmi 45 yer var. Deputatların 30-u seçkilər vasitəsilə təmsil olunacaq, qalan 15 üzv isə Qətər Əmiri Şeyx Tamam bin Həməd Əl-Tani tərəfindən təyin ediləcək.

1972-ci ildə təsis edilmiş bu qurum indiyədək dövlət başçısının təyinatı əsasında formalaşırdı. Qətər Əmirinin fərmanı ilə artıq üzvlərin üçdəikisi seçki yolu ilə təmsil olunacaq./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR