ABŞ-da koronavirusdan ölənlərin sayı 700 min nəfəri ötüb

img

02-10-2021 [09:48]


Koronavirusdan ölən ABŞ sakinlərinin sayı 700 min nəfəri ötüb.

Bu barədə beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universitetinin açıqladığı statistikada bildirilir.

Məlumata görə, ölkədə indiyədək koronavirusa 43 615 149 yoluxma halı qeydə alınıb ki, onun 700 258-i ölümlə nəticələnib.

Sentyabr ayında ABŞ-da gündəlik orta hesabla 120 min yoluxma halı qeydə alınıb və bu, dünyada ən yüksək göstərici hesab olunur.

Dünyada koronavirusa ən çox yoluxma da məhz ABŞ-ın payına düşür. Bu baxımdan ikinci yeri tutan Hindistanda 33 766 707 yoluxma halı qeydə alınıb. Üçüncü yerdə 21 445 651 yoluxma ilə Braziliya qərarlaşıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR