Gürcüstan səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb

img

01-10-2021 [22:02]


Gürcüstanın Ukraynadakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Oleq Nikolenko açıqlama yayıb.

Nikolenko əlavə edib ki, səfir Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin saxlanmasının səbəbləri və şərtləri barədə rəsmi məlumat almaq üçün Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb.

Qeyd edək ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün keçmiş prezident Mixeil Saakaşvilinin saxlanıldığını bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR