Acarıstan hökuməti: “Saakaşvili Gürcüstan sərhədini keçməyə cürət etməyəcək”

img

01-10-2021 [14:12]


“Mixeil Saakaşvili adi kloun və qorxaqdır. Əminəm ki, o, Gürcüstan sərhədini keçməyə heç vaxt cürət etməyəcək”.

Bunu Acarıstanın hökumət başçısı Tornike Rijvadze deyib.

O, keçmiş prezidentin yaydığı videoları saxta adlandırıb: “Bu cür keyfiyyətsiz və saxta videoçarxlar cəmiyyətimizin bir daha ələ salınmasıdır”.

Qeyd edək ki, Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili bu gün vətənə qayıdıb. O, feysbuk səhifəsində Acarıstanın paytaxtı Batumidə olduğunu əks etdirən videolar paylaşıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR