"Marsel" - "Qalatasaray" oyununda yaşananlara görə 5 azarkeş saxlanılıb

img

01-10-2021 [12:52]


UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Fransanın "Marsel" və Türkiyənin "Qalatasaray" komandaları arasındakı oyunda baş verən hadisələrə görə 5 nəfər saxlanılıb.

İstanbul təmsilçisinin 3, meydan sahiblərinin isə 2 azarkeşi tutulub. Bundan başqa hüquq-mühafizə orqanlarının 4 əməkdaşı yaralanıb.

Qeyd edək ki, qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb. Görüş iğtişaşlar səbəbindən 37-ci dəqiqədə dayandırılıb. Hər iki komandanın azarkeşləri müxtəlif pirotexniki vasitələrdən istifadə edərək, bir-birilərinə məşəl atmağa başlayıblar.

Polis müdaxilə edərək fanatları dağıtmaq məqsədi ilə gözyaşardıcı qazdan istifadə edib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR