Türkiyə prezidentinin sozçüsü: “Bir ildə keçilən yola diqqət etsək, qürur duymamaq mümkün deyil” - VİDEO

img

28-09-2021 [23:39]


Türkiyə prezidentinin sozçüsü İbrahim Kalın Azərbaycan xalqını və dövlətimizi ötən il İkinci Qarabağ müharibəsində qazandığı zəfərin ildönümü münasibəti ilə təbrik edib.

“HaberGlobal” televiziyasının qonağı olan İbrahim Kalın Qarabağ zəfərinin iki qardaş ölkə olan Azərbaycan və Türkiyənin qürurlu və möhkəm dostluq münasibətlərinin növbəti təzahürü olduğunu söyləyib.

“Böyük bir zəfər əldə edilib, amma bununla işlərimiz bitmədi. İşğaldan azad edilən ərazilərdə bərpa prosesi çox sürətli şəkildə davam etdirilir. Füzulidə, Şuşada və digər işğaldan azad edilən ərazilərdə geniş quruculuq işləri aparılır. Bir ildə keçilən yola diqqət etsək, qürur duymamaq mümkün deyil”, - deyə İbrahim Kalın müsahibəsində qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı