Naxçıvan Muxtar Respublikası: əhali məşğulluğu və sosial rifah - Fəlsəfə doktoru yazır

img

26-09-2021 [16:31]


Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru

***

Azərbaycan Respublikası səmərəli və dayanıqlı milli iqtisadi inkişaf dinamikasına uğurla davam etməkdədir. Xalqımızın ümummilli lideri böyük Heydər Əliyevin həmişəyaşar ideyaları əsasında təşəkkül tapan sosial-iqtisadi inkişaf yeni keyfiyyət mərhələsinin güclü əsasları olaraq çox əlamətdardır. İqtisadiyyatın sahə strukturunun davam islahatlar fonunda inkişafı və perspektivliliyinin yüksəldilməsi, yeni istehsal sahələrinin, həmçinin, müəssisələrinin yaradılması, etibarlı infrastruktur quruculuğu təminatının gücləndirilməsi və bu kimi tədbirlərin həyata keçirilməsi öz növbəsində onun sosiallaşma proseslərinin də davamlılığına zəmanət vermişdir. 

Əsasları uğurla müəyyən olunan müasir iqtisadi inkişaf yeni dəyərlər əsasında, yeni keyfiyyət mərhələsində, qloballaşan dünya iqtisadiyyatına inteqrasiya proseslərinə xas olmaqla, təmin olunmaqdadır. Ölkəmiz milli iqtisadiyyatın uzunmüddətli perspektivlərini müəyyən etməklə və onu qətiyyətlə reallaşdırmaqla malik olduğu makroiqtisadi gücünü daha da artırmış və bundan məhz sosiallaşma proseslərinin davamlılığı üçün istifadə olunmaqdadır.

Digər tərəfdən:

- bu günlər qürur hissi ilə 27 –ci ilini qeyd etdiyimiz “Əsrin Müqaviləsi”nin imzalanması;

- hətta materiklərin bir-biri ilə iqtisadi körpüsünə çevrilən enerji lyihələrinin reallaşması;

- neft sektorunun dayanıqlı inkişafı fonunda qeyri-neft sektorunun şaxələndirici üstünlüklərinin müəyyən olunması;

- qabaqlayıcı və antiböhran tədbirləri çərçivəsində milli iqtisadiyyat üzrə strayeji hədəflərinin müəyyənləşdirilməsi;

- iqtisadi müqavimətliliyin, dayanıqlılığın və diversifikasiyanın təmin olunması və digər tədbirlərin reallaşdırılması Azərbaycan Respublikasının yeni və intibaha xas olan ideyalarının müəllifi olaraq öz inkişafına inamla davam etməsini bir daha göstərməkdədir.

Təbii ki, bütün bunlar imkan verdi ki, ölkəmizdə milli iqtisadi inkişafın həm də regional dayaqlarının gücləndirilməsi sahəsində daha mütərəqqi nəticələrin əldə olunması mümkün olsun. İqtisadiyyatın həm də sənayeləşmə siyasəti əsasında gücləndirilməsi, regionlarda Sənaye Parkları və Məhəllələrinin yaradılması, makroiqtisadi göstəricilərin təşəkkülündə özəl sektorun çəkisinin yüksəldilməsinə səbəb oldu ki, bu da, nəticə etibarı ilə, regionların sosial-iqtisadi inkişafı sahəsində tənzimləmə mexanizmlərinin səfərbər olunması fonunda daha da əlamətdar görünməkdədir. Hələ 2004-cü ildən icrasına uğurla başlanan, beşillik mərhələlər üzrə məqsədyönlülüklə davam olunan, hazırda da uzunmüddətli prioritetlər hədəflənməklə 4-cü mərhələsi icra olunan regional inkişaf üzrə Dövlət proqramları həm sosiallaşma, həm də sənayeləşmə proseslərinin vəhdətini və səmərəliliyini təmin etmiş oldu. 

Keçdiyimiz tarixi və iqtisadi inkişaf yoluna nəzər saldıqda aydın olur ki, regional iqtisadi inkişaf ölkənin makroiqtisadi hədəflərini daha da əlçatan etmişdir. Bu isə ölkənin iqtisadi rayonlarının və xüsusilə də, özünün sosial-iqtisadi inkişafı ilə yoluna qətiyyətlə davam edən Naxçıvan Muxtar Respublikasının timsalında olduqca əlamətdar olmaqdadır. Həmin proseslərin müdrikliklə başlanması nəticəsində muxtar respublikamız iqtisadi –aqrar islahatların beşiyi olmaqla, hazırda mütərəqqi sosial-iqtisadi islahatlar fonunda ölkənin milli iqtisadi quruculuq proseslərində uğurla iştirak edir və bu sahədə uzunmüddətli perspektivlərə malikdir.

2004-cü ildən regional iqtisadi inkişafın hərəkətverici qüvvəsi olaraq çıxış edən Dövlət proqramları özündə:

- sosialyönümlü layihələrin reallaşmasını nəzərdə tutmuş;

- iqtisadi fəaliyyət sferaları istiqamətində imkanlar analizinin təminatına şərait yaratmış;

- resursların dəyərləndirilməsi və onlardan səmərəli istifadənin optimal istiqamətlərinin tapılmasında zəruri amillərin səfərbər olunmasında zəminə çevrilmiş;

- iqtisadiyyatın şaxələndirilməsində və strukturlaşmasında ardıcıllığa və davamlılığa təminat vermiş;

- nəticə etibarı ilə istehsalın davamlılığı və fasiləsizliyi üçün etibarlılıq gətirməklə, işsizliyin məhdudlaşdırılması fonunda məşğulluğun artırılması imkanlarını daha da yüksəltmişdir.  

Naxçıvan Muxtar Respublikasında məşğulluq dövlətin səmərəli iqtisadi siyasətinin çox mühüm tərkib hissəsi olmaqla, zəruri tənzimləmə mexanizmləri ilə əhatə olunmuşdur. İqtisadiyyatın sahə strukturu üzrə stimullaşdırıcı və təşviqedici amillərin nəzərə alınması və diqqətdə saxlanılması, muxtar respublikanın özünün regional iqtisadi inkişafı əsasında yeni təsərrüfatların yaradılması, etibarlı və dayanıqlı demoqrafiq tarazlığa istiqamətlənən məskunlaşma siyasətinin təşəkkülü mühüm sosial iqtisadi nəticələr olaraq çıxış etməkdədir. 

Bütövlükdə, Azərbaycan Respublikası eyni zamanda bu regional iqtisadi səmərəlilik əsasında Milli İqtisadiyyat və İqisadiyyatın əsas sektorları üzfrə Strateji Yol Xəritələrinin səmərəli icrasından ibarət davamlı inkişaf dövrünü də yaşamaqdadır. Qazanılan uğurlu nəticələr növbəti uzunmüddətli dövrlər üzrə daha dinamik inkişaf vəd edən bir dövrün təşəkkülünə zəmin olacağını deməyə əsas verir. Qeyd olunanlar təbii ki, regional inkişaf proqramları ilə vəhdət halında dayanıqlı və müqavimətli iqtisadiyyat üçün səmərəli mühit yaratmaqdadır. Artıq innovativ inkişafa əsaslanmaqla digər ərazi və regionlar üçün nümunəvi idarəetmə konsepsiyası, inkişaf modeli, demoqrafik tarazlıq strategiyası həm tətbiq olunmaqla, həm də təkmilləşdirilməkdədir. Yaradılan səmərəli fəaliyyət mühiti faydalı əmək şəraitinə stimul vermiş, Sahibkarlığın inkişafına, xüsusən, onun kiçik və orta formaları üzrə tərəqqisinə yönəl¬di¬lən məşğulluq mənzərəsini formalaşdırmışdır. 

Bu isə təbii ki:

- 2007-ci il 30 may tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında Məşğulluq Startegiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramında (2007-2010-cu illər);

- birinci mərhələdə 18 dekabr 2013-cü ildə qəbul olunaraq 2014-2015-ci illəri əhatə edən; 

- ikinci mərhələdə isə 11 yanvar 2016-cı ildə qəbul olun¬maqla, 2016-2020-ci illəri əhatə edən “Naxçıvan Muxtar Res¬publikasında əhalinin məşğulluğunun artırılmasına dair Dövlət Proqramı”nda əsas məqsədlər olaraq götürülmüş və qarşıdakı illərdə yaradılması hədəflənən yeni iş yerlərinin açılmasına öz töhvələrini verməkdədir. Təbii ki, adı çəkilən Dövlət proqramlarının etibarlılığı ilə yaradılan möhkəm baza növbəti mərhələ üçün daha güclü perspektivlər açacaqdır. 

Qeyd etmək olar ki, inkişafı hədəfləyən hər bir ölkə özünün məşğulluq imkanlarını dünyada cərəyan edən mövcud iqtisadi proseslər və qlobal təsirə malik olan Pandemiya amilinə qarşı etibarlı müqavimətlilik və dayanıqlı baza əsasında təşkil etməkdədir. Muxtar respublikamız da ölkəmizin ayrılmaz tərkib hissəsi olaraq, məşğulluq tənzimlənməsi sahəsində mütərəqqi islahatları davam etdirmişdir. Yuxarıda istinad etdiyimiz hüquqi və iqtisadi tənzimləmə tədbirlərinin davamı olaraq 2021-ci ilin yanvar ayının 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” bu sahədə əlamətdarlığı ilə seçilməkdədir. Bu Dövlət proqramı əvvəlki tənzimləmə vasitələrinin hüquqi, iqtisadi, sosial və məntiqi davamıdır, eyni zamanda, qarşıdakı dövrlər üzrə perspektivli mərhələləri əhatə etməkdədir. Bəhs olunan

Dövlət proqramı həmçinin, muxtar respublikada:

- davamlı olaraq, əhalinin məşğulluğunun təmin olunmasına istiqamətlənən tədbirlərin ardıcıllığının dinamikliyinə;

- çoxsaylı yeni iş yerlərinin açılmasına və bu əsasda, özünüməşğulluq proqramlarında hədəflərin əlçatan olmasına;

- məşğulluq imkanlarının artırılmasında hərəkətverici institut olan əmək bazarında mövcud proseslərin araşdırılmasına;

-  etibarlı məşğulluq təminatı məqsədilə, eyni zamanda, tələbata müvafiq kadr hazırlığının həyata keçirilməsinə, 

- nəticə etibarı ilə, sosial müdafiəyə xüsusi ehtiyacı olan insanların məşğulluğunun təmin olunmasında yeni perspektivlərə zəmin olacaqdır.

Məhz bu amillər əsasında geridə qalan müddətlər üzrə məşğulluq təminatı aktuallığı ilə seçilmiş və davamlı xarakterə malik olması ilə təşəkkül tapmışdır. Qeyd edək ki, son on ildə, yəni 2011-ci ildən 1 iyul 2021-ci il tarixə qədər olan müddət ərzində muxtar respublikada 33 min 364 yeni iş yeri açılmışdır ki, bunun da, 12 min 479-u, daha doğrusu 38 faizə yaxını təkcə 2016-2020-ci illəri əhatə edən “Naxçıvan Muxtar Res¬publikasında əhalinin məşğulluğunun artırılmasına dair Dövlət Proqramı”nın icrası müddətində reallaşmışdır. 

Muxtar respublikanın məşğulluq sahəsindəki uğurlarının təhlili son on ildə yeni yaradılmış iş yerlərinin 85,4 faizinin daimi iş yerlərindən ibarət olduğunu göstərir. Bununla yanaşı, həmin müddətdə ümumi açılmış iş yerlərinin muxtar respublikanın şəhər və rayonları üzrə bölgüsü nəzərdə tutulan hədəflərin əlçatan olduğunu bir daha bəyan etmiş olur. 

Naxçıvan Muxtar Respublikasında 2011-ci ildən 1 iyul 2021-ci il tarixə qədər olan müddət ərzində yaradılmış iş yerlərinin şəhər və rayonlar üzrə bölgüsü (faiz)

Cari ilin sosial-iqtisadi inkişafı muxtar respublikada məşğulluq sahəsində təşviqedici və stimullaşdırıcı tədbirlərin davamlı hal aldığının göstəricisi olaraq yadda qalmaqdadır. Təkcə onu qeyd etmək yerinə düşər ki, 2021-ci ilin birinci yarısı ərzində muxtar respublikada sahibkarlara 18 milyon 253 min manat kredit verilmiş və onun 7 milyon 690 min manatı, yəni 42, 1 faizi yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, 10 milyon 563 min manatı və ya 58 faizi isə fərdi sahibkarlığın inkişafına istifadə olunmuşdur. Bəhs olunan dövrdə 28 hüquqi və 1342 fiziki şəxsin qeydiyyata alınması isə məşğulluğun təmin olunmasında yeni keyfiyyət mərhələsinin əsaslarını yaratmışdır. Bütün bunlarla yanaşı, cari ilin ilk yarısında muxtar respublikada məşğulluq sahəsində dövlət tənzimlənməsinin real nəticəsi olaraq, dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 55 layihə üzrə istehsal və xidmət obyektləri yaradılmış, eyni zamanda, 54 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması sahəsinə isə hazırda da diqqət göstərilməkdədir.

Qətiyyətlə davam edən iqtisadi islahatlar səmərəli idarəetmə mexanizminin təşkili sahəsində yeni imkanlar açmış və bu, iqtisadiyyatın sahə strukturunun qarşılıqlı inkişafını daha da sürətləndirmişdir. Nəticə isə təbii ki, yeni istehsal sahələri, yeni imkanlar, yeni ideyalar, yeni təşəbbüslər və yeni nailiyyətlərə dayanan elə yeni də məşğulluq imkanlarının yaradılması ilə müşayiət olunmuşdur. Sahibkarlığın inkişafı isə qeyd olunan proseslərin məntiqi ardıcıllığında hərəkətverici amil olaraq əhəmiyyətini artırmışdır.

Məhz qeyd olunan məqsədyönlülük nəticəsində 2021-ci ilin birinci yarısında muxtar respublikada muzdla işləyənlərin sayı 98 min nəfərə çatmışdır. Qeyd etmək olar ki, həmin göstəricinin 37,8 min nəfəri, yəni 39 faizi, dövlət sektorunda, 60,2 min nəfəri və ya 61,5 faizi isə qeyri-dövlət sektorunda reallaşmışdır. 

Naxçıvan Muxtar Respublikasında muzdla işləyənlərin iqtisadiyyatın sahələri üzrə bölgüsü (faiz)

İqtisadi inkişafın, yaradıcı fəaliyyətin, sağlam investisiya mühitinin, etibarlı fəaliyyət sferasının və dayanıqlı sosial siyasətin nəticəsi olaraq Naxçıvan Muxtar Respublikası məşğulluq sahəsindəki uğurları ilə insan amilinin diqqətdə saxlanıldığını, onun rifah göstəricilərinin və həyat tərzinin prioritet olduğunu bir daha göstərir. Yüksək əzm və çevikliklə reallaşan sosial layihələr 2021-ci ilin yanvar-iyun aylarında muxtar respublika iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 540,8 manat olmasına şərait yaratmışdır, ki, bu da ümumilikdə, 2011-ci ilin müvafiq göstəricisindən 1,6 dəfə çoxdur. Qeyd edək ki, bu göstərici 2011-ci ildə 341,4 manat olmuşdur. Muxtar respublikada bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləği dövlət sektorunda 560,1 manat, qeyri-dövlət sektorunda isə 528,7 manatdır.
Beləliklə, Naxçıvan Muxtar Respublikası ölkənin milli iqtisadi quruculuq proseslərində uğurla iştirak edir və bu, uzunmüddətli hədəflərin reallaşmasını daha da əlçatan edəcəkdir. İqtisadiyyatın sahə strukturu üzrə təşəkkül tapan göstəricilər sosial dayanıqlılıq, iqtisadi rifah və təbii ki, etibarlı məşğulluq üçün çox mühüm amildir. Çünki, məşğulluğun təmin olunması makroiqtisadi prioritet olmaqla yanaşı, eyni zamanda qlobal iqtisadi mahiyyət kəsb etməkdədir.

MİA.AZ

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR