Hesablama Palatasının sədri Cənubi Koreya səfirini qəbul edib

img

24-09-2021 [15:21]


Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Cənubi Koreya Respublikasının Azərbaycan Respublikasındakı səfiri Kim Tonq Opu və Səfirliyin müvafiq nümayəndələrini qəbul edib.

Hesablama Palatasından Mia.az-a verilən məlumata görə, Kim Tonq Op iki ölkənin Ali Audit Qurumları arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib.

Görüş zamanı Vüqar Gülməmmədov Hesablama Palatasının strukturunda, fəaliyyətində və beynəlxalq audit ictimaiyyətində Azərbaycan Respublikası Hesablama Palatasının iştirakı ilə bağlı məsələlərdə dəyişikliklər və yeniliklər barəsində danışıb. Habelə INTOSAI və ASOSAI çərçivəsində iki ölkənin ali audit qurumları (AAQ) arasında mövcud əlaqələrə toxunulub və yaxın gələcəkdə bu əlaqələrin və əməkdaşlığın daha sıx və intensiv inkişaf etdirilməsi üçün birgə səylərin göstərilməsi, o cümlədən kənar dövlət maliyyə nəzarətinin gücləndirilməsi istiqamətində gələcəkdə iki qurum arasında bilik və təcrübə mübadiləsi imkanları barədə də müzakirələr aparılıb.

Vüqar Gülməmmədov Palatanın ASOSAI-ın Audit Komitəsinə üzv seçilməsi barədə məlumat verib və ASOSAI təşkilatında qabaqcıl AAQ-lardan biri kimi Koreya Audit Şurası ilə əməkdaşlığın yeni səviyyədə daha da inkişaf etdirilməsi və gücləndirilməsi zərurətini qeyd edərək Cənubi Koreyanın ölkəmizdəki səfirliyi tərəfindən bu istiqamətdə müvafiq dəstəyin göstərilməsinə ümidvar olduğunu bildirib.

Azərbaycan və Koreya arasında yüksək səviyyəli münasibətləri vurğulayan tərəflər iki ölkənin AAQ-ı arasında da fəal və güclü əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini ifadə ediblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR