İtkin düşən iki azyaşlı Kəlbəcərlə sərhəddə minaya düşübmüş - "Meyitləri hələki ərazidən çıxarmaq mümkün olmayıb"

img

24-09-2021 [20:40]


Daşkəsən rayonunda bir neçə ay öncə itkin düşənlərin meyitləri aşkarlanıb.

Məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsi və ANAMA əməkdaşlarının birgə keçirdikləri axtarış tədbirləri nəticəsində iyulun 30-da itkin düşmüş Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri, 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş meyitləri Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə tapılıb.

DİN-dən "Report"a verilən məlumata görə, hava şəraiti səbəbindən meyitlər ərazidən çıxarıla bilməyib. Sabah prokurorluğun əməkdaşları ilə birgə çıxarılacaq.

***

"Daşkəsən rayonunda itkin düşən şəxslərin axtarışları davam etdirilir".

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.

O bildirib ki, bu gün səhər saatlarında Göygöl-Kəlbəcər rayonları arasında yerləşən ərazidə Daşkəsəndə itkin düşən iki nəfərə məxsus paltar, çəkmə, uşaqlardan birinin gödəkçəsi və at sümükləri tapılıb: “Hazırda hadisə yerinə ANAMA və polis əməkdaşları cəlb edilib. Həmin şəxslərin tapılması istiqamətində Göygöl-Kəlbəcər rayonları ərazisində intensiv axtarış işləri həyata keçirilir”.

Qeyd edək ki, bu ilin iyul ayının 30-da Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri - 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov itkin düşüb


Digər xəbərlər
SON XƏBƏRLƏR