Xalq artisti haqda sənədli film çəkilib

img

23-09-2021 [14:56]


Azərbaycan Televiziyası (AzTV) Xalq artisti Mənsum İbrahimov haqda sənədli film çəkib.

Bunu açıqlamasında Xalq artistinin özü deyib.

M.İbrahimov bildirib ki, filmin çəkilişlərinə keçən il start verilsə də, Vətən müharibəsinin başlamasına görə yarımçıq dayandırılıb: "Keçən il AzTV ilə Ağdamda sənədli filmin çəkilişinə başlamışdıq. Müharibə başladığı üçün çəkilişləri dayandırdıq. Bu ay çəkilişlərə yenidən davam etdik. Bir müddət əvvəl Şuşada olan çəkilişlər də yekunlaşdı. Filmdə bir çox maraqlı kadrlar yer alıb. Süjet xətti etibarilə də fərqli bir filmdir. İnanıram ki, tamaşaçılar özü də izləyəndə bu fərqi hiss edəcək. Yəqin ki, film yaxın zamanlarda AzTV-də yayımlanacaq"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR