GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclası: protokol qəbul edilib, işçi qrup yaradılacaq
22-09-2021 [20:17]
BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun GUAM Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) 37-ci iclasında iştirak edib.
Mia.az xəbər verir ki, Gürcüstanın sədrliyi ilə keçirilən iclasda GUAM üzv dövlətlərinin xarici işlər nazirləri sədrlik dövründə təsdiq edilmiş əsas prioritetlər, həmçinin siyasi əlaqələr, GUAM tərəfdaşları ilə əlaqələrin intensivləşdirilməsi, GUAM Parlament Assambleyası çərçivəsində qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparıblar.
Nazirlər üzv ölkələrin ərazi bütövlüklərinə olan hörməti bir daha vurğulayıb və GUAM məkanında həll olunmamış münaqişələrin məhz bu prinsip əsasında həllinin vacibliyini qeyd ediblər.
İclasda çıxış edən nazir Ceyhun Bayramov GUAM-ın regional bir təşkilat olaraq dayanıqlı sülhün və inkişafın təmin edilməsi üçün əhəmiyyətli bir platforma olduğunu, əməkdaşlığımızın beynəlxalq hüququn hamılıqla tanınmış qaydalarına və prinsiplərinə, qarşılıqlı etimada və bir birinin maraqlarına hörmətə əsaslandığını qeyd edib.
Çıxışında nazir Ceyhun Bayramov Azərbaycanın azad edilmiş ərazilərində bərpa, yenidənqurma və reinteqrasiya işlərinin sürətlə getdiyini vurğulayıb. Məcburi köçkünlərin ləyaqətli yaşayışı üçün lazım olan siyasi, hüquqi, iqtisadi və sosial şəraitin təmin edilməsinin əsas prioritet olduğunu qeyd edib. O, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana revanşist yanaşmalardan əl çəkmək üçün təzyiq göstərilməsinin vacib olduğunu söyləyib və bölgədəki bütün ölkələr və onların xalqları üçün firavan bir gələcək qurmaq məqsədilə Ermənistanın üçtərəfli bəyanatların tam şəkildə həyata keçirilməsinin mühüm olduğunu vurğulayıb.
İclasın yekununda GUAM XİNŞ 37-ci iclasının protokolu qəbul edilib.
Bundan əlavə Gürcüstanın təşəbbüsü ilə GUAM çərçivəsində strateji kommunikasiyalar üzrə işçi qrup yaradılacaq.
Bu barədə qərar təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində baş tutan iclasında qəbul olunub.
Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib ki, toplantıda “GUAM +” formatında, digər tərəfdaşlarla, beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq müsbət qiymətləndirilib. XİN başçıları Gürcüstanın GUAM-a sədrliyi dövründə əsas prioritetlərdən olan digər ölkələr və təşilatlarla əməkdaşlıq perspektivlərini də nəzərdən keçiriblər.
İclasda siyasi, sahəvi və parlamentlərarası əməkdaşlıq daxil olmaqla, təşkilatın gündəliyində duran əsas məsələlərin müzakirəsi də aparılıb.
Zelenski Ukraynanın 4 illik itkisini açıqladı: 55.000 hərbçi...
Mingəçevirdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib
Mask trilyoner olmaq yolunda - Sərvəti 850 milyard dolları ötdü
Türkiyədə qanun dəyişdi: avtoşlar və piyada yolunda skuterlər sürənləri ağır cəza gözləyir
Sabiq deputatdan icra başçısı haqda maraqlı açıqlama: "Adil Vəliyev ad çəkir, deyir ki, bu işin səbəbkarı deyil"
Aqranomun SOROS Fondundan keçən karyerası... - Və ya təhsil sahəsinin "ağır topu"...
İcra başçısının köməkçisi işdən çıxarıldı - Sərxoş halda...
Tramp Xameneiyə mesaj verdi: "Çox narahat olmalıdır..." - ""Eşitdiyimə görə, İran..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ və İran rəsmiləri bir-birləri ilə dilləşiblər - Amerika rəsmiləri "Axios" maraqlı məlumat yaydı
Ərdoğan Misir prezidentinə "Togg" hədiyyə etdi
Tahir Kərimliyə ağır itki üz verib
ABŞ Suriyada 5 ardıcıl əməliyyat keçirib
Türkiyədə həbs edilən futbolçunun xanımı: "Onu 30 il cəza alanlarla bir yerdə niyə saxlayırlar?"
Türkiyə Kuboku: "Alanyaspor" 4 qolla qalib gəldi
ABŞ-İran görüşü dalana dirənib - Dövət katibi Türkiyədə görüşdən yayınan Tehrana elə şərt qoydu ki...
Göygölda 40 yaşlı şəxsi kim öldürüb?
"Devalvasiya yaxın illərdə olmayacaq" - Mərkəzi Bank sədri iqtisadçılarla görüşdə belə deyib
Prezidentə “Zayed İnsan Qardaşlığı Mükafatı” təqdim olundu - VİDEO, FOTO (YENİLƏNİB)
Mehriban Ələkbərzadəyə AzTV-də vəzifə verildi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Rüfət Nasosnu: "Verilişimdə cəmi 6 dəqiqəlik reklam var, 2 saat 24 dəqiqə danışıram"
"Bulvar"ın keçmiş rəhbəri yenidən hakim qarşısına çıxarıldı
"Azercell Telecom"dan sosial şəbəkələrdə yayılan saxta təkliflərlə bağlı - Açıqlama
Xətaidə unikal olay: 42 yaşlı şəxsi təhdid edən 3 nəfər qandallandı
"PARTİYANI QIZIMA CEHİZ KİMİ VERMƏMİŞƏM..." - Fəzail Ağamalıdan deputat övladı ilə bağlı iddialara reaksiya
Rusiyanın neft və qaz gəlirləri iki dəfə azalıb - Rəqəmlər
DİM: "2000-3000 marker müəllim yazı işlərini yoxlayır"
Bakıda azyaşlı qız atasını öldürdü
Agentlikdə kadr dəyişikliyi olub
Kante bu gecə İstanbula gəlir
Deputat: "15 region yaradılmalı, hər regionun özünün məclisi olmalı və..." - MÜSAHİBƏ
Keçmiş hakimin şikayəti təmin edilmədi
Azərbaycana sibir soyuq hava kütləsi daxil olub
Çin və Rusiya liderləri videobağlantı çərçivəsində görüşüblər - GÜCLƏR BİRLƏŞDİRİLİR?
“Kontakt Home” mağazalar şəbəkəsi daha bir müştərini narazı salıb