“Taliban” nazir təyinatlarını davam etdirir

img

21-09-2021 [12:08]


“Taliban” hərəkatının lideri Əfqanıstanın müvəqqəti hökumətinə yeni üzvlər təyin edib.

Bu barədə “Taliban”ın sözçüsü Zəbiullah Mücahid məlumat verib.

Onun sözlərinə görə, hərəkatın lideri Heybətullah Axundzadənin sərəncamına əsasən, Hacı Nurəddin Əzizi ticarət naziri, Abdul Bari Ömər isə səhiyyə naziri təyin edilib.

Qeyd edək ki, sentyabrın 7-də “Taliban” yeni hökumətin tərkibini elan edib. Heybətullah Axundzadənin sərəncamına əsasən, müvəqqəti hökumətin başçısı Məhəmməd Həsən Axunddur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR