Şəki Penitensiar Müəssisəsində nöqsanlar aşkarlanıb
20-09-2021 [19:25]
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Şəki Penitensiar Müəssisəsində əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçirilib.
Ombudsman Aparatından Mia.az-a verilən məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
Başçəkmə çərçivəsində saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı Milli Preventiv Qrupun üzvləri tərəfindən Penitensiar Müəssisənin İstintaq Təcridxanası, Cərimə Təcridxanası, rejim korpuslarına, kitabxana, istirahət otağı, Tibbi Sanitar Hissəyə, uzun müddətli və qısa müddətli görüş otaqlarına, mətbəxə baxış keçirilib, bir çox təqsirləndirilən şəxslər və məhkumlar fərdi qaydada qəbul edilib, hüquqlarının təmin olunması vəziyyəti yerində araşdırılıb.
Başçəkmə zamanı İstintaq Təcridxanasında sıxlığın olduğu, həbs edilmiş yetkinlik yaşına çatmayan şəxsin yetkinlik yaşına çatmış şəxslə bir kamerada saxlanıldığı, İstintaq və Cərimə Təcridxanalarında yataq ləvazimatlarının çirkli və bir hissəsinin yararsız vəziyyətdə olduğu, Tibbi Sanitar Hissədə həkim çatışmazlığı müəyyən edilib.
Daxil olmuş müraciətlər yerində araşdırılıb, hər bir müraciət üzrə hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah olunub. Təqsirləndirilən şəxslər və məhkumlar müraciətlərinin araşdırılmasına görə Müvəkkilə təşəkkürlərini bildiriblər.
Yekunda Penitensiar Müəssisənin rəhbərliyi ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq saxlanma şəraiti və sənədləşmə ilə bağlı müvafiq tövsiyələr verilib.
"Fənərbağça" bu futbolçuya qapnı göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı