Rusiyada 18 yaşlı gənc universiteti atəşə tutdu: 8 nəfər ölüb, 28 yaralı var + VİDEO (Yenilənib)

img

20-09-2021 [13:55]


Perm Dövlət Universitetinə silahlı basqın nəticəsində ölən və yaralananların sayı artıb.

TASS xəbər verir ki, ölənlərin sayı 8-ə çatıb.

Hücum nəticəsində  28 nəfər yaralanıb.

Məlumatda o da deyilir ki, Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur. Hhüquq-mühafizə orqanları terrorçunu yaralayaraq saxlaya bilib.

T.Bekmansurov ilkin ifadəsində bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını bildirib.

***

Perm Dövlət Universitetində naməlum şəxs travmatik silahdan atəş açıb

TASS-ın verdiyi xəbərə görə, Rusiya Daxili İşlər Nazirliyi (DİN) ölənlərin olduğu barədə məlumat yayıb.

Rusiya Səhiyyə Nazirliyindən isə bildirilib ki, hadisə nəticəsində 10-dan çox şəxs yaralanıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR