FRANSA İLƏ ABŞ ARASINDA GƏRGİNLİK: bu ölkə Parisdən sifariş etdiyi 90 milyardlıq sualtı hücum qayığından imtina etdi - Qalmaqal böyüyür

img

19-09-2021 [12:34]


Fransa və ABŞ münasibətlərindəki böhran NATO-nun yeni strateji konsepsiyasının müəyyənləşməsinə güclü təsir göstərir.

“RİA Novosti”nİN verdiyi məlumata görə, bunu Fransa xarici işlər naziri Jan-İv Le Drian bildirib.

Bununla belə, Jan-İv Le Drian bunun Fransanın NATO-dan çıxmasına səbəb olmayacağını söyləyib: “Fransa Prezidentinin xahişi ilə NATO konsepsiyası ilə bağlı müzakirəyə başlayıb. NATO-nun Madriddə keçiriləcək növbəti sammitində yeni strateji konsepsiyası üzərində iş aparılacaq”.

Qeyd edək ki, bundan əvvəl Avstraliya Böyük Britaniya və ABŞ-la müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq (AUKUS) sənədi imzalayıb. Eyni zamanda Avstraliya 90 milyard dollar dəyərində 12 ədəd “Barracuda” tipli sualtı hücum qayığının alınması ilə bağlı Fransanın “Naval Group” şirkəti ilə bağladığı razılaşmadan imtina etdiyini açıqlayıb. Fransa xarici işlər naziri bunu arxadan vurulan zərbə kimi dəyərləndirib.

Rəsmi Paris həm də tarixdə ilk dəfə ABŞ və Avstraliyadakı səfirlərini məsləhətləşmə üçün geri çağırıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR