Türkiyədə azərbaycanlı qadın güllələndi 

img

19-09-2021 [12:21]


Türkiyədə azərbaycanlı qadın qətlə yetirilib.

Hadisə Nevşehirdə baş verib.

Azərbaycanlı qadın Tərhanə Yaman evinə getdiyi tanışı, Duran Aşar tərəfindən öldürülüb.

Belə ki, tərəflər arasında yaranan mübahisə qanla bitib. Duran Aşar 53 yaşlı Tərhanə Yamana tüfənglə atəş açıb. Qadın aldığı güllə yarasından hadisə yerində keçinib.

Qətli törədən şəxs isə Kayseriyə gedib və orada özünü qatarın altına ataraq intihar edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR