Salyanda bir gündə iki acı xəbər: Qarabağ qazisi ilə məşhur çilingərin oğlu intihar edib + FOTOLAR

img

18-09-2021 [21:20]


Bu gün Salyanda iki intihar hadisəsi baş verib.

Mia.az xəbər verir ki, 48 yaşlı "Stansiya" sakini Hüseynov Nəsimi Xasay oğlu və Aşağı Kürkənd sakini 46 yaşlı Aqafonov Aleksey Petroviç özlərinə qəsd ediblər.

Məlumata görə, Salyanın Aşağı Kürkəndində intihar edən 1976-cı ildə anadan olan Aqafonov Aleksey Petroviçin qardaşı Sergeylə Qardaşı Sergeylə birlikdə Bakı şəhərində havalandırma şirkəti açıbmış. O, bu sahənin ən yaxşı mütəxəssislərindən  olmaqla yanaşı, həm də mahir ovçu olub. O, Respublika Atıcılıq Federasiyasının üzvü kimi ölkə və Avropada keçirilən yarışların iştirakçısı olub.

Məlumata görə, Alekseyin banka borcu da olub və bu məsələ Bakı Apellyasiya Məhkəməsinə qədər uzanıb.

Məlumatda o da deyilir ki, Alekseyin atası tanınmış çilingər olub. O, 1990-cı ildə baş verən 20 Yanvar faciəsindən 2 gün sonra Azərbaycan xalqına qarşı törədilmiş qırğına etiraz olaraq intihar edib.

Bu gün həm də Alekseyin anasının ildönümü imiş...

Salyanın "Kolzoxstroy" yaxınlığındakı meşəlikdə özünü asaraq inithar edən  Nəsimi Hüseynli də çox vətənpərvər insan olub. O, Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib, ağır yaralanıbmış. 

Allah hər ikisinə rəhmət eləsin!

Emil Məmmədov

img img

Digər xəbərlər
SON XƏBƏRLƏR