Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
18-09-2021 [00:20]
Qoç - günün ilk yarısında yaranacaq çətinliklər sizi ruhdan salmasın. Bədbinliyə qapılmayın. Situasiya az sonra dəyişəcək. Sadəcə, o anı gözləmək gərəkdir. Saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq.
Qarşınıza qoyduğunuz məqsədə çatmağa çalışın. Sizə yardım edəcək insanlarla tanış ola bilərsiniz.
Günün ikinci yarısı liderlik məziyyətlərinizin nümayişi üçün münasib zamandır. Yaxın ətrafınızdakı insanlar təklif və təşəbbüslərinizi dəstəkləyəcəklər. Axşam saatlarını dostlarla keçirin. Gəzintiyə çıxmaq olar.
Buğa - günün ilk yarısında bəzi planları həyata keçirmək olar. Fəndgir və hiyləgər olun. Məqsədə çatmaq üçün qarşınıza çıxan maneələri dəf edin. Yaxınlarınızla ünsiyyət sizi sevindirəcək.
Yeni layihənin həyata keçirilməsi üçün münasib zamandır. Birgə fəaliyyətdən imtina etməyin.
Günün ikinci yarısında kommersiya fəaliyyətində astagəllik etməyin. Anlaşmalar və müqavilələrin müzakirəsi zamanı diqqətli davranın. Yeni təşəbbüslər uğurludur. İdeyalarınız nə qədər cəsarətli olarsa, həmin təşəbbüslərin reallaşma şansı bir o qədər çoxdur.
Axşam saatlarında normal istirahət edin.
Əkizlər - günün ilk yarısında maraqlı hadisələrlə zəngin olmayacaq. Yaşananlar sizə darıxdırıcı və usandırıcı təsir bağışlaya bilər. Yaxın ətrafınızdakı insanların uğurlarına paxıllıq etməyin. Kobud və ya axmaq adamlarla ünsiyyətdə olmayın. Situasiyaya müsbət təmayüllərin təsiri güclənəcək.
Günün ikinci yarısında kiçik səfər, gəzinti əhvalınızı yaxşılaşdıracaq. Sizi bədbinlikdən qurtaracaq, maraqlandıracaq iş və ya məşğuliyyət tapın.
Axşam saatlarını yaxınlarınıza həsr edin.
Xərçəng - özünüzü aldatmayın, sadə məsələləri heç bir səbəb olmadan mürəkkəbləşdirməyin. Yaxın ətrafınızdakı insanlarla təmaslarda həssas və səmimi olmağa çalışın. Ağır problemlərin həlli müşkül deyil.
Günün ikinci yarısında bədxahlar və rəqiblər passiv olacaqlar. Hadisələrin məcrasına kobud müdaxilə etməyin. Gözlənilməz gəlirlər və ya hədiyyə istisna deyil.
Sizi xoş tanışlıqlar gözləyir. Belə təmaslardan birinin davamı romantik ola bilər.
Şir - hadisələrlə zəngin gündür. Əfsuslar olsun ki, olayların əksəriyyəti xoş deyil. Ailə üzvləri ilə münasibətlərdə problemlər yaranacaq. "Hakimiyyət uğrunda mübarizə" təmaslarda çətinliklərdən savayı heç nə vəd etmir. Yaxın ətrafınızdakı insanlara necə davranmaları ilə bağlı göstərişlər verməyin.
Səhvlərin fəsadlarını aradan qaldırın.
Günün ikinci yarısında işlərinizdə aktiv olun. Ünsiyyətdə olduğunuz insanlarda özünüzlə bağlı xoş təəssürat yaratmağa can atın. Alış-verişdə bədxərclik etməyin.
Statusunuzu yüksəldin.
Qız - fəaliyyət planını əvvəlcədən hazırlayıbsınızsa, günün ilk yarısı uğurlu olacaq. Detallara və xırda təfərrüatlara fikir verin. Diqqətiniz dağınıq olmasın. Mübahisələrdə mövqeyinizdən geri çəkilməyin. Qətiyyətli və iradəli olsanız, mübahisələrdə opponentlərinizi üstələyəcəksiniz.
Günün ikinci yarısında qohumlardan biri ilə fikir ayrılıqlarını aradan qaldırın, çoxdankı münaqişəyə son qoyun.
Maliyyə çətinlikləri istisna deyil. Onlar müvəqqəti olacaq və narahatlığa səbəb yoxdur. Peşə fəaliyyəti, kommersiya məsələləri ilə bağlı məsələləri müzakirə etmək məsləhət deyil. Həmkarlarla qeyri-formal şəraitdə görüşə bilərsiniz.
Tərəzi - günün ilk yarısı pis deyil. Narahatlıq və təlaş üçün heç bir səbəb yoxdur. Xoş sürprizlər istisna deyil. Dəyər verdiyiniz insanı sevindirməyə çalışın. Romantik təmaslarda diqqətli və həssas olun. Hiyləgərlik və fəndgirlik etməyin. Yeni tanışlarda xoş hisslər yaratmaq üçün saxtakarlıq məsləhət deyil.
Özünüz olun, yetər.
Günün ikinci yarısı peşəkar fəaliyyətlə bağlı məsələlərin müzakirəsi və həlli üçün münasib zamandır. Maliyyə və biznes problemlərinin çözümünü təxirə salmayın. Enerjili, aktiv olun.
Axşam saatlarında gəzintiyə çıxın.
Əqrəb - diqqəti özünüzə cəlb etməyə çalışmayın. Kölgədə qalmaq, hadisələrə müdaxilə etməmək məsləhətdir. Maraqlı ideyaların həyata keçirilməsi karyera pilləkəninizdə irəliləyişə, gəlirlərin artmasına təkan verə bilər.
Yeni planların reallaşdırılmasında tələskənliyə yol verməyin. Daha əlverişli anı gözləyin. Müttəfiqlərdən dəstək almağı unutmayın.
Günün ikinci yarısı problemlərin həllinə yaradıcı yanaşma üçün pis gün deyil. Tamamilə fərqli, yeni işdə özünüzü yoxlaya bilərsiniz. Başqalarının təcrübəsindən yararlanın. Müdrik olun, ağıllı insanların dediklərinə qulaq asın.
Oxatan - hadisələrin əksəriyyəti və proseslər istədiyiniz məcrada deyil. Ruhdan düşməyə səbəb yoxdur. Problemlərin həlli üçün səy göstərsəniz, mənfi təmayüllərin təsirini azalda bilərsiniz. Sizi dəstəkləyən insanlar indi kritik mövqe tutublar, sizi tənqid edirlər. Sevdiyiniz insanla münasibətlərdə sərinlik yaratmayın.
Günün ikinci yarısında ən yaxşı məziyyətlərinizi nümayiş etdirə bilərsiniz. Bacarıq və təcrübənizi göstərin. Uğurlarınızdan bəhs etməkdən çəkinməyin.
Müttəfiq və tərəfdaşların sayı nə qədər çox olarsa, bir o qədər yaxşıdır.
Oğlaq - ciddi və məsuliyyətli işə başlamaq üçün əlverişli zaman deyil. Yeni sifarişi qəbul etməkdən əvvəl yaxşıca düşünüb-daşının. Ümidlər aləmində qalsanız, illüziyalara qapılsanız, təəssüf hissi keçirə bilərsiniz.
Önəmli qərar qəbul etməzdən əvvəl başqasının fikrini absolyut həqiqət saymayın. Yalnız təcrübənizə, məntiqinizə və aldığınız məlumatlara güvənin.
Günün ikinci yarısında uğurlu təsadüflər istisna deyil. Şəxsi münasibətlərdə müsbət dəyişikliklər olacaq. Yaxınlarınızı anlamağa çalışın, onlarla dil tapın.
Axşam saatlarına yaxın kiçik, səhhətiniz üçün çox təhlükəli olmayan travmalar istisna deyil.
Dolça - problemləri həll etmək üçün çox çalışmalısınız. Kənardan yardıma bel bağlamayın. Bütün problemlərin öhdəsindən gəlmək üçün yetərincə qüvvə və enerjiniz var. Az sonra karınıza gələcək məlumat alacaqsınız. Faydalı təcrübə əldə etmək şansınız var.
Günün ikinci yarısında yaxınlarınızla mübahisə etməyin. Haqlı olduğunuzu sübut etsəniz belə, belə davranış sizə fayda verməyəcək. Daşınmaz əmlak, inşaat və ya köçlə bağlı məsələləri həll etmək olar.
Balıqlar - günün ilk yarısında yeni işlərə başlasanız, onları tələskənliyə yol vermədən bitirin. Yeni işlərin startı üçün münasib zaman deyil.
Qüvvə və imkanlarınızı dürüst qiymətləndirin, potensialınıza nəzər salın. Yerinə yetirə bilməyəcəyiniz öhdəliklərə boyun olmayın, bravur vədlər verməyin.
Yola çıxanda bilin ki, səfər hesbladığınızdan artıq vaxt tələb edəcək.
Günün ikinci yarısı romantik münasibətlər üçün əlverişlidir. Sizi xoş sürprizlər gözləyir. Ətalətdə olan və ya tam kəsilən münasibətlərin bərpası mümkündür. Təcrübənizdən yararlanın, səhvləri təkrarlamayıın.
Yalnız ciddi təhlildən sonra qərar qəbul edin.
Milli.Az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb