"Qarabağ" sülhə razılaşdı, "Qalatasaray" isə "Latsio"nu devirdi - Konrans Liqasının oyunları

img

16-09-2021 [22:38]


"Qarabağ" UEFA Konrans Liqasının qrup mərhələsində ilk oyununu keçirib. 

Mia.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda İsveçrə "Bazel"ini qəbul edib. 

Oyun bərabərə bitib - 0:0.

Qeyd edək ki, H qrupunun digər matçında "Kayrat" Qazaxıstanda Kiprin "Omoniya" klubu ilə qolsuz heç-heçəyə razılaşıb. 

Türkiyənin turnirdəki təmsilçilərindən "Qalatasaray" İtaliya "Latsio"sunu qəbul edib. Görüş Istanbul klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 67-ci dəqiqədə qonaqların qolkiperi Tomas Strakoşa öz qapısına vurub.

Moskva "Lokomotiv"i isə Rusiyada Fransa "Marsel"i ilə heç-heçə edib - 1:1.

E qrupu

20:45. "Qalatasaray" (Türkiyə) - "Latsio" (İtaliya) - 1:0

20:45. "Lokomotiv" (Moskva, Rusiya) - "Marsel" (Fransa) - 1:1

F qrupu

20:45. "Midtüllan" (Danimarka) - "Lüdoqorets" (Razqrad, Bolqarıstan) - 1:1

20:45. "Srvena Zvezda" (Belqrad, Serbiya) - "Braqa" (Portuqaliya) - 2:1

G qrupu

20:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Ferentsvaroş" (Macarıstan) - 2:1

20:45. "Betis" (İspaniya) - "Seltik" (Şotlandiya) - 4:3

H qrupu

20:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Vest Hem" (İngiltərə) - 0:1

20:45. "Rapid" (Vyana, Avstriya) - "Genk" (Belçika) - 0:1


Digər xəbərlər
SON XƏBƏRLƏR