“Taliban” iki yerə bölünüb?

img

15-09-2021 [19:21]


“Taliban” hərəkatı Əfqanıstanda müvəqqəti hökumət qurduqdan sonra liderləri arasında ciddi ixtilaf yaranıb.

 BBC xəbər verir ki, hərəkatın liderləri iki yerə ayrılaraq prezident iqamətgahında mübahisə ediblər. Əsasən hərəkatın banilərindən biri, ABŞ-la müzakirələrin əsas siması, hazırkı hökumətdə baş nazir müavini Əbdülqəni Bəradər ilə “Haqqani şəbəkəsi” qrupunun rəhbərlərindən qaçqınlar naziri Xəlil ər-Rəhman Haqqani arasında ciddi ixtilaf yaranıb. Bununla da yeni hökumətdə kimin daha geniş səlahiyyətlər alacağına dair ciddi fikir ayrılıqları üzə çıxıb.

Belə ki, Bəradər daha mötədil yanaşma və diplomatik üsulların, Haqqani isə güc tətbiqinin tərəfdarı kimi çıxış edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA