BAKIDA TAKSİ SÜRÜCÜLƏRİNƏ QƏNİM KƏSİLƏN QARDAŞLAR TUTULDU - Video
15-09-2021 [15:16]
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində taksi sürücülərinə qarşı dələduzluq edərək onların pulunu ələ keçirən şəxslər saxlanılıblar.
Mia.az DİN-ə istinadla xəbər verir ki, əməliyyat zamanı Astara rayon sakinləri - Şəhriyar Zülfüqarzadə və qardaşı İlkar tutularaq istintaqa təqdim ediliblər.
Araşdırma zamanı onların müştəri kimi əyləşdikləri taksi sürücülərinin etibarından sui-istifadə edərək, həmin şəxsləri Qaraçuxur qəsəbəsi ərazisinə sürdürdükləri və orada qeyd edilən hadisələri törətdikləri məlum olub.
Onların bu yolla 20-dən artıq taksi sürücüsünün pulunu ələ keçirdikləri müəyyən edilib. Saxlanılan zaman bu şəxslərin üzərindən narkotik vasitə olan heroin də aşkar olunaraq götürülüb.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.
Daxil olan əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş İsmayıl Orucov şübhəli şəxs kimi saxlanılaraq Polis Bölməsinə götirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Makarov” markalı tapança və həmin silaha məxsus 4 patron aşkar edilib.
Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı isə sosial şəbəkələrdə narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs saxlanılıb. Əməliyyat zamanı Yeni Günəşli qəsəbəsində yaşayan Elvin Məmmədov tutularaq istintaqa təqdim edilib. Saxlanılan zaman onun üzərindən 5 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib.
Təqdim edilən hər bir faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar başlanılıb, adları sadalanan şəxslər istintaqa cəlb olunublar.
"Bu şəxslərin qanunusuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına və ya Suraxanı Rayon Polis İdarəsinə məlumat verə bilərlər", - Mətbuat xidmətindən bildiirlib.
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb
Azərbaycan nefti kəskin ucuzlaşıb