Monteneqroya giriş şərtləri sərtləşdirilib

img

14-09-2021 [11:58]


Monteneqroya giriş qaydalarının sərtləşdirilməsi haqqında avqustun 20-də qəbul edilmiş tədbirlər qüvvəyə minib.

TASS agentliyi xəbər verir ki, bu barədə ölkənin milli televiziyası məlumat yayıb.

Qüvvəyə minən məhdudiyyətlərə görə, tam peyvəndləməsindən 14 gün keçmiş şəxslərə ölkəyə daxil olmaq hüququ yalnız o halda verilir ki, həmin şəxslər ölkəyə daxil olmazdan 72 saat əvvəl alınmış PCR testinə və ya sürətli anticisim testinə malik olsunlar.

Əks halda, Monteneqroya daxil olan ölkə sakinləri və ya müvəqqəti yaşayış hüququna malik əcnəbilər karantinə göndərilirlər/Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA