DAHA BİR NAZİRLİKDƏ YEYİNTİLƏR AŞKARLANDI - Nələrə yol verilib? + DETALLAR
09-09-2021 [16:08]
Hesablama Palatası 2018-2020-ci illərdə dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-yə ayrılmış vəsaitlərin auditini aparıb.
Bu barədə Palataya xəbər verir ki, yoxlama nəticəsində məlum olub ki, səhmdar cəmiyyətinin maliyyə fəaliyyəti (funksional fəaliyyət üzrə əvəzsiz əsaslarla dövlət büdcəsindən alınan vəsaitlərin xərclənməsi) prosesində dövlət sifarişləri rəsmiləşdirilmədən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişləri olmadan və yaxud onların icazəsi alınmadan yaşıllıqların salınması və yaşıllıqlara xidmət göstərilməsi hallarına yol verilib, sərəncamında olan dövlət əmlakından səmərəli istifadə olunmaması hallarına da rast gəlinib.
İstirahət zonalarında landşaftın rekreasiya tutumunun müəyyən olunmasında iştirak edilməsi Nizamnamədə fəaliyyət istiqaməti kimi müəyyənləşdirilsə də, auditlə əhatə olunan dövrdə cəmiyyətin bu istiqamətdə fəaliyyəti olmayıb.
ASC-nin tabeliyində dövlət qeydiyyatı ayrıca olmaqla fəaliyyət göstərən 13 hüquqi şəxsin (aktivləri nəqliyyat vasitələrindən ibarət olmaqla ləğvetmə prosesində olan İxtisaslaşmış kompleks mexanizasiya idarəsi istisna olmaqla) aktiv və passivləri 2020-ci ildən etibarən ayrı-ayrılıqda deyil, ASC-nin maliyyə hesabatlarında nəzərə alınıb, həmin hüquqi şəxslərin ləğvi çərçivəsində vergi orqanlarının səlahiyyətlərinə aid edilən vergi ödəyicisi kimi eyniləşdirmə nömrələrinin ləğv olunması prosesi isə auditin keçrildiyi dövrün sonunadək tam başa çatdırılmayıb.
ASC dövlət büdcəsinin vəsaitlərinə olan tələbatın müəyyənləşdirilməsi zamanı Nazirlər Kabinetinin 24.05.2004-cü il tarixli 75 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nın 2-ci (2.2-ci) bəndinin tələblərinə tam riayət etməyiş, hesablamalar keçən ilin faktiki və cari ilin gözlənilən xərclərinin həcminə əsaslanmamış və xərclərin (yəni, ASC-nin büdcə gəlirlərinin) artırılması üçün hüquqi əsaslar mövcud olmadan təklif olunmuş proqnoz göstəricilər (layihələr) təsdiq edilmiş tələbatdan artıq müəyyən edilib. ASC təklif olunmuş tələbatın məbləği ilkin və dürüstləşdirilmiş təyinatların məbləğlərini müxtəlif məzmunlu xərclər üzrə ümumilikdə, müvafiq olaraq 2018-ci ildə 2,2 dəfə (9 691 934 manat) və 94,2% (8 698 840,0 manat), 2019-cu ildə 40,8% (2 885 545,0 manat) və 35,1% (2 585 545 manat), 2020-ci ildə isə 15,4% (1 195 786 manat) və 20% (1 495 786 manat) səviyyəsində üstələyib/Report.
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib