Rusiyanı şoka salan hadisə: fövqəladə hallar naziri təlim zamanı həlak olub

img

08-09-2021 [14:18]


Rusiyanın fövqəladə hallar naziri, ordu generalı Yevgeni Ziniçev vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə Rusiya FHN məlumat yayıb.

Bildirilib ki, nazir xidməti vəzifəsini yerinə yetirərkən ölüb.

O, Norilskdə keçirilən idarələrarası təlimlərdə bir insanın həyatını xilas edən zaman baş verən bədbəxt hadisə nəticəsində həlak olub.

Qeyd edək ki, 55 yaşlı Y.Ziniçev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunmuşdu.


Digər xəbərlər
SON XƏBƏRLƏR