Stoltenberq: "Bu, təkcə NATO-nu yox, Avropanı da parçalayar”

img

06-09-2021 [16:54]


"Şimali Amerika və Avropa arasındakı bağları zəiflədən hər təşəbbüs təkcə NATO-nu yox, Avropanı da parçalayar”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq "Telegraph” qəzetinə müsahibəsi zamanı bildirib.

“Paralel strukturlar qurmaq, qoşa komandanlıq iyerarxiyası yaratmaq, birgə hərəkət qabiliyyətimizi və birlikdə fəaliyyət gücümüzü zəiflədə bilər. Resurslarımızın məhdudluğu şəraitində bir-birinə zidd cəhdlərə gərək yoxdur. Avropanın müdafiə qabiliyyətini artırmağa yönəlmiş cəhdlərdən məmnunluq duyuram, amma bu, NATO-nu əvəz edə bilməz. Şimali Amerika və Avropa arasındakı bağları zəiflədən hər təşəbbüs təkcə NATO-nu yox, Avropanı da parçalayar”, - o qeyd edib.

Xatırladaq ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel Əfqanıstandakı uğursuzluqları nümunə göstərərək Aİ-nin ayrıca hərbi güc formalaşdırmalı olduğunu bəyan etmişdi/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA