Borrel: "Kabil səhifəsini bağlamaq yolverilməzdir""Avropa İttifaqı "Taliban"la danışıqlara getməlidir"

img

05-09-2021 [18:04]


"Avropa İttifaqı "Taliban"la danışıqlar aparmalıdır, bu, qaçılmazdır".

Bunu Avropa İttifaqının (Aİ) Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel Fransanın həftəlik "Le Journal du Dimanche" qəzetinə müsahibəsində deyib.

"Taliban" hazırda əsas danışıqların aparılmalı olduğu tərəfdir. Kabildə olduğumuzu təmin etməliyik və başqa güclər tərəfindən kənara çəkilməməyə çalışmalıyıq. Bu, beynəlxalq qüvvələr balansında güclü dəyişikliklər edəcək. Bu vəziyyətin digər ölkələrdə təkrarlanmaması üçün bütün lazımi nəticələr çıxarılmalıdır", - Borrel bildirib.

Borrelin sözlərinə görə, Əfqanıstandakı vəziyyətin bizə aid olmadığını düşünərək Kabil səhifəsini bağlamaq yolverilməzdir.

Ali nümayəndə müsahibəsində qeyd edib ki, Əfqanıstana humanitar yardım dörd qat artırılmalıdır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR