"Vətəndaşlar hökumətə inamsız idi, korrupsiya isə..." - General Qəni iqtidarının yıxılmasını belə əsaslandırdı

img

05-09-2021 [12:05]


ABŞ Silahlı Qüvvələrinin Baş qərargah rəisləri komandanı, general Mark Milli Əfqanıstanın "taliblər" tərəfindən ələ keçirilməsinin səbəbini açıqlayıb.

Bu barədə Fox News məlumat yayıb.

Generalın sözlərinə görə, buna səbəb vətəndaşların əvvəlki hökumətə inamsızlığı olub.

"Əsas problemlərdən biri, fikrimcə, korrupsiyadır. Hökumətin xalq qarşısında heç bir legitimliyi yox idi. Bunun nəticəsində nə baş verdiyini gördünüz. Ən yüksək hökumət elitası sözün həqiqi mənasında geri çəkildi", - Milli deyib.

Amerikalı generala görə, Əfqanıstan hökuməti və ordusu məmurların gözlədiyindən daha tez çökdü və bu, Əfqanıstan hökumətinin süqutu kimi hər kəs üçün sürpriz oldu/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA