Taliban Sövet İttifaqına qarşı döyüşmüş məşhur Hikmətyara vəzifə verir

img

05-09-2021 [10:07]


"Taliban" hərəkatı Əfqanıstanın yeni hökumətinin tərkibinin elan olunması müddətini təxirə salmaq barədə qərar qəbul edib.

“The Times of India” nəşri xəbər verir ki, bu barədə “taliblər”in nümayəndəsi Zabihulla Mücahid amıqlama verib.

O bildirib ki, yeni hökumət və Nazirlər Kabineti üzvləri gələn həftə elan ediləcək.

"Taliban” tərəfindən yaradılmış komitənin üzvü, yeni hökumətin yaradılması haqqında müxtəlif qruplarla danışıqlarda iştirak edən Xalil Xakkani isə deyib ki, "Taliban" təkbaşına hökumət formalaşdıra bilərdi, amma yalnız hərəkatla sülh münasib olmayacaq. Onun sözlərinə görə, “taliblər” gələcək hökumətdə bütün qrupların və əfqan cəmiyyəti üzvlərinin təmsil olunmasını təmin etməyə çalışırlar.

O, həmçinin deyib ki, yeni hökumətin tərkibində Əfqanıstanın “taliblər”ə dəstək vermiş sabiq baş naziri Gülbəddin Hikmətyar və ölkədən qaçmış keçmiş prezident Əşrəf Qaninin qardaşı təmsil olunacaqlar.

Xatırladaq ki, Gülbəddin Hikmətyaruzun illər sovetlərə qarşı döyüşüb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA