DÇ-2022: Azərbaycan millisi səfərdə Lüksemburqa uduzub
02-09-2021 [00:40]
Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Məlumata görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olub. Lüksemburq stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşün birinci hissəsi Lüksemburq yığmasının aşkar üstünlüyü şəraitində keçib. İlk dəqiqələrdən oyuna nəzarəti ələ keçirən meydan sahibləri ardıcıl hücumlarla Şahruddin Məhəmmədəliyevin qoruduğu qapı qarşısında təhükəli epizodlar yaradıblar. Belə vəziyyətlərdən birində Jerson Rodrigeşin başı üzərindən aşırma zərbəsini qolkiper zərərsizləşdirib. Bununla belə, lüksemburqlu futbolçular 8-ci dəqiqədə istəklərinə nail olublar. Mikael Pintonon cərimə meydançasının sol cinahından vurduğu top Məhəmmədəliyev üçün qarşısıalınmaz olub. Buraxılan qoldan sonra toparlanmağa çalışan Azərbaycan millisi 15-ci dəqiqədə Əli Qurbani ilə hesabı bərabərləşdirməyə yaxın olsa da, hücumçu topa çata bilməyib. Əvəzində Lüksemburq yığması 2-ci qolu vurub. 28-ci dəqiqədə Abbas Hüseynovun kobudluğundan sonra təyin olunan penaltini dəqiq yerinə yetirən Rodrigeş fərqi artırıb – 2:0. İlk hissə bu hesabla yekunlaşıb.
İkinci yarıda Mahir Emreli, Namik Ələskərov və Anton Krivotsyukun meydana daxil olmasından sonra millinin oyununda müsbətə doğru dəyişiklik baş verib. Bunun məntiqi nəticəsi kimi 67-ci dəqiqədə hesab arasındakı fərq azalıb. Emin Mahmudov cərimə zərbəsindən vurduğu mükəmməl qolla komandasını ümidləndirib. Lakin yığmanın gücü bundan artığına çatmayıb.
Bu nəticədən sonra xallarını 6-ya çatdıran Lüksemburq seçməsi 3-cü pillədəki mövqeyini qoruyub. Xalı olmayan Azərbaycan millisi isə sonuncudur.
Bu qrupun digər matçında isə Portuqaliya evdə İrlandiya üzərində əzmkar qələbə qazanıb - 2:1. Meydan sahiblərinin heyətində hər iki qolu Kriştianu Ronaldu vurub/Report.
Osimhen: "Mənə it kimi davrandılar"
Levent Şahin yeni vəzifəsinin icrasına başlayıb
"Azəriqaz" məzuniyyət ödənişini niyə ləngidir? - Şikayət
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ərdoğan Baş nazirə "Togg" hədiyyə etdi
İran Prezidenti: "Ümid edirik ki, danışıqlar prosesi konkret nəticələrə gətirib çıxaracaq"
GENERAL ƏMR VERDİ, ABŞ ORDUSU ÜÇ QAYIĞI VURDU - 11 nəfər öldü
Bloger bu sevgilisindən də ayrıldı - FOTO
Leyla Əliyeva Albaniyada - Baş nazirlə görüş + FOTOLAR
"Azərişıq" ASC-nin vəzifəli şəxsinin restoran tikintisi... - Qanunsuzluq, yoxsa... + VİDEO
Hillari Klinton Tramp administrasiyasını ittiham edir: "Epşteyn sənədlərini ört-basdır etməyə çalışırlar"
"Renka" həbs edildi
İRANLA ABŞ ANLAŞDI - Xarici işlər naziri ilk açıqlama yaydı
Mətbuat katibi yeni vəzifəyə gedir
Sabah bu ərazilərdə qaz olmayacq
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs (YENİLƏNİB)
İran Hörmüz boğazının bir hissəsini bağlayır
MARTDA 11 GÜN ARDICIL İŞ GÜNÜ OLMAYACAQ
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Azərsilah"da maraqlı təyinat: bank işçisi strateji qurumda yüksək vəzifəyə gətirildi
Keçmiş şirkət rəhbəri İcra başçısının sürücüsü işləyir
Sabiq Baş nazir: "Maddi sıxıntılarım var"
Namid Abdulova yeni vəzifə verilib
Adil Əliyevə niyə töhmət verilib? - Səbəb
"Vüqar Qurbanovla nə dostluğum? Gedin Zamirə xanımdan soruşun" - TƏBİB rəhbərinin vəzifədən çxarılma səbəbini açıqlandı
"BİZİ YIXMAĞI SƏN DƏ BACARAMAYACAQSAN" - Xamenei "o gəminizi vuracaq silahımız var" dedi, Trampa mesaj verdi
Salyanda kür çayında bir nəfər boğulub
Kukla Teatrının keçmiş rejissoru məhkəməyə verilib
Deputatlar toplanır: hansı qanunlar dəyişir? - SİYAHI
Quş qripinə qarşı növbəti monitorinq keçiriləcək
Bakının mərkəzi küçəsində yanğın: yaşlı qadın... - VİDEO (Yenilənib)
Şahin Şıxlınskiyə hökm martda oxunacaq
ADY-nin mühəndisi qəza törətdi - FOTOLAR
Keçmiş icra başçısı yeni vəzifəyə təyin edilib
"Açıq-saçıq geyinən ifaçıları toyuna çağıran da elə onların özüdür" - Aparıcıdan açqlamalar
İlin ilk Günəş tutulması başlayıb
Əliyar Ağayev Konfrans Liqasının pley-off oyununa təyinat aıb
Sabiq icra başçısının oğlu barədə qərar verildi
Saxta kredit elanları verən şəxs saxlanılıb
Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb