“Taliban”la Əhməd Məsudun tərəfdarları arasında qızğın döyüşlər gedir - Qruplaşma taciklərə müraciət etdi

img

01-09-2021 [18:35]


“Taliban” qruplaşmasına tabe olmaqdan imtina edən Əfqanıstanın əsasən taciklərin yaşadığı Pəncşir vilayətində döyüşlər davam edir.

Mia.az Rusiya mediasına istinadla xəbər verir ki, şiddətli döyüşlərə paralel olaraq Taliban vilayətdəki üsyançıların lideri Əhməd Məsudla danışıqlar aparmağa çalışsa da, nəticə uğursuz olub.

Bundan dərhal sonra “Taliban” üsyançılara müraciət edərək, savaşı dayandırmağı və onlara qoşulmaqla bağlı müraciət yayıb.

Bununla yanaşı, “Taliban” Pəncşirə qubernator təyin etməklə, vəziyyətlə barışmayacağını göstərib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR