Gürcüstanda məşhur biznesmen evində öldürülüb

img

01-09-2021 [14:47]


Gürcüstanda biznesmen Vladimir Vaxaniya qətlə yetirilib.

Mia.az Report-un yerli bürosuna istinadla xəbər verir ki, hadisə Zuqdidi bələdiyyəsinin Qanmuxuri kəndində baş verib.

İş adamının öz evində soyuq silahla öldürüldüyü bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, qətli törədən şəxsin kimliyi artıq müəyyənləşdirilib. Faktla bağlı qəsdən adam öldürmə maddəsi üzrə istintaq başlanılıb.

Qeyd edək ki, V.Vaxaniya əsasən Rusiyada bizneslə məşğul olub. O, 2009-cu ildə Gürcüstanda jurnalist fəaliyyətinə mane olduğuna görə həbs edilib, 2012-ci ildə yerli seçkilərə majoritar namizəd kimi qatılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR