“Taliban”ın siyasi ofisinin rəhbəri Əfqanıstanın XİN başçısı təyin edilib

img

01-09-2021 [13:44]


Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşması bir sıra postlara təyinat həyata keçirib.

Bu barədə “Khaama Press” məlumat yayıb.

Bildirilib ki, “Taliban” qruplaşmasının siyasi ofisinin rəhbəri Molla Əbdül Qani Bəradər Əfqanıstanın xarici işlər naziri təyin olunub.

Məlumata görə, “Haqqani şəbəkəsi”nin qurucusu Cəlaləddin Haqqaninin oğlu Xəlifə Haqqani daxili işlər naziri, “Taliban”ın qurucusu Molla Ömərin oğlu Molla Yaqub isə Əfqanıstanın müdafiə naziri vəzifələrinə təyin ediliblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA