"Taliblər” iki istiqamətdən Pəncşirə hücum etdi: sərt müqavimətlə üzləşdilər

img

31-08-2021 [10:00]


Əfqanıstanda “Taliban” silahlıları ötən gecə iki istiqamətdə Pəncşir vadisinə hücum edib.

Bu barədə “taliblər” əleyhinə milli müqavimət cəbhəsinə istinadən yerli KİV bildirib.

"Taliblər iki istiqamətdə - Baqlan əyalətində Andarob vadisi, həmçinin Cabal-üs-Sirac şəhəri istiqamətində ön cəbhə postlarına hücüm etdilər. “Taliblər”in hücumu xüsusi çətinlik olmadan dəf edilib", - mənbə bildirib.

Onun sözlərinə görə, “taliblər” Andarob istiqamətində 85 nəfər itki veriblər, həmçinin 108 nəfər yaralanıb. Cabal-üs-Sirac istiqamətində döyüşlərdə isə “Taliban”ın 12 silahlısı öldürülüb, 26 nəfər yaralanıb.

Mənbə qeyd edib ki, Pəncirin müdafiəçiləri arasında da yaralılar var.

“Taliblər” hələlik xəbəri şərh etməyiblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
18:24 17.02.2026

"Renka" həbs edildi

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA